"Fransanın zəif damarını tutmuşuq" - Politoloqdan VACİB AÇIQLAMA
MEDİA-nın təşəbbüsü ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Rizvan Hüseynov bildirib ki, Azərbaycan regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda düzgün diplomatik xətt yürüdür.
KONKRET.azxəbər verir ki, o, xüsusilə Fransanın Cənubi Qafqaz siyasətinə toxunaraq bildirib ki, rəsmi Paris bölgədə öz maraqlarını qorumağa çalışır:
"Biz Fransanın zəif damarını tutmuşuq. Hesab edirəm ki, Emmanuel Makronun Ermənistandakı çıxışları zamanı Baş nazir Nikol Paşinyanın açıq və sərt reaksiya sərgiləməməsi də müəyyən mesajlar verir. Fransa müxtəlif istiqamətlərdə fəaliyyət göstərməyə çalışacaq. Bunlardan biri hərbi-texniki sahədir. Ermənistana silah və texnika göndərilməsi davam edir. Digər tərəfdən isə vasitəçilik missiyası adı altında regionda nəzərdə tutulan layihələrin reallaşmasına mane olmağa cəhd göstərə bilər".
Politoloq qeyd edib ki, Fransanın Ermənistanı dəstəkləməsi fonunda rəsmi İrəvanın bəyanatlarına tam etibar etmək olmaz:
"Baxmayaraq ki, Paşinyanı dəstəkləyirlər, amma buna tam inanmaq düzgün deyil. Maksimum çalışacaqlar ki, insan haqları və digər məsələlərdən istifadə edərək Azərbaycana təzyiq göstərsinlər və prosesi zəiflətməyə çalışsınlar".
Rizvan Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sülh strategiyası regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edir.
Aynurə İsmayıl,
KONKRET.az


Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK