Fransızların ERMƏNİPƏRƏST qətnaməsinə əngəl olmayan 20 MİLLƏT VƏKİLİMİZ - SİYAHI

Fransızların ERMƏNİPƏRƏST qətnaməsinə əngəl olmayan 20 MİLLƏT VƏKİLİMİZ - SİYAHIMilli Məclisin dünənki iclasında Fazil Mustafa Azərbaycanın Avropadakı diplomatik missiyalarını tənqid edən çıxışla yadda qalıb. Səbəb Fransa senatında Azərbaycan əleyhinə qəbul olunan qətnamədir. Deputatın etirazı ondan ibarət olub ki, "Necə ola bilər ki, bir parlamentdə 256 (295) nəfər hamısı Azərbaycan əleyhinə səs verdi? 30 ildir orda bizim diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni ordakı səfirlərimizin heç 1-2 şəxsi dostu, 5-6 tanışı da yoxdur?".
KONKRET.az Fazil Mustafanın bu mövqeyinə qarşı çıxan tənqidi fikirləri bölüşməzdən əvvəl bir faktı qeyd etmək istəyir ki, bəli, xaricdə olan diplomatlarımız oradakı siyasi dairələrlə əlaqə qurmaqda daha fəal olmalıdırlar. Çünki bu işin hamısını lobbi və diaspor fəallarımızın üzərinə yıxmaq olmaz. Diasporumuza tam yarıtmaz desəm, yalançı olaram. Elə Fransa senatının "qətnamə" müzakirəsi zamanı "Qarabağ şikəstəsi" sədaları ilə binanın qarşısında etiraz edirdilər. Erməni lobbisi isə "qətnaməsi" ilə birgə binanın içində idi. Bəli, bu baxımdan onlara uduzuruq.
Fazil Mustafanın etirazı ilə bağlı ona cavab kimi yazılan məqalədə deyilir:
"Deputat tənqid hədəfini səhv salıb. Dünya praktikasında parlamentlərarası diplomatiya anlayışı mövcuddur. Bəs Fazil Mustafanın xəbəri var ki, onun özü Azərbaycanın Almaniya və Belçika parlamentlərarası işçi qrupunun üzvüdür? Fazil Mustafa həmin ölkələrin hansısa bir parlamentarisini Azərbaycan tərəfə çəkə bilib? Parlamentlərarası qrup üzvü olaraq nəsə edib? Bilməyibsə, həmin qrupları tərk etsin. Çünki parlamentlərarası işçi qrupların fəaliyyətsizliyi Azərbaycana qarşı yeni qətnamələrin qəbulu deməkdir. Diplomatların işi də "bu, həmin ölkənin hökumətinin yox, sırf parlamentinin mövqeyidir" cavabı ilə kifayətlənəcək".
Yazıda məqsəd Fazil Mustafanın tənqidini özünə qarşı istifadə etmək deyil. Çünki Fazil Mustafa xalqın eşitmək istədiyi və ya əhalinin problemlərini dilə gətirən 4-5 deputatdan biridir. Yaxşı ki, təbii ehtiyatlar, aqrar, əmək və sosial istiqamətli komitələrin üzvlərinin siyasətdən danışdığı bir vaxtda Milli Məclisdə rifahla maraqlanan tək-tük deputat var. Sadəcə, çoxdandır deputatlar və onların millətə vəkilliyi barədə yazmıram. Bununla yanaşı, Azərbaycana qarşı olan ermənipərəst qətnaməni fransızlar qəbul edib. Ona görə də, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna nəzər yetirək:
İşçi qrupunun rəhbəri Soltan Məmmədovdur. Qrupda Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamran Bayramov, Kamal Cəfərov, Rauf Əliyev, Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Hicran Hüseynova, Nurlan Həsənov, Azər Kərimli, Azay Quliyev, Sevil Mikayılova, Elman Məmmədov, Ramin Məmmədov, Razi Nurullayev, Könül Nurullayeva, Elman Nəsirov, Qənirə Paşayeva kimi deputatlar var.
Adama 1 fransızı əhilləşdirməklə, düz yola gətirməklə İrəvan əleyhinə 20 səs toplamaq olardı. "Dama-dama göl olar" məsəli ilə gələcəkdə bu sayı artırıb indiki "senat bataqlığın"dan çıxmaq mümkündür. Özü də ki, bu qrupun üzvü olan deputatlar arasında işğaldan azad olunan, hətta hazırda sülhməramlıların müvəqqəti məsuliyyət zonası sayılan ərazidə doğulanlar var:
– Tural Gəncəliyev Şuşada doğulub;
– Elman Məmmədov Xocalıda doğulub;
– Ramin Məmmədov Ağdərədə doğulub;
Qrupun deputatları arasında əslən Sisian və Qubadlıdan olanlar da var. Yəni vətən həsrətilə yaşayan deputatlar Qarabağla bağlı istənilən ermənipərəstliyə daha həssas yanaşa bilərlər. Ya da bu fəaliyyətlərin qarşısını almaq üçün əllərindən gələni əsirgəməzlər. Yəqin! Sadəcə, hazırda gətirilə bilən bəhanə daha çox reallığı əks etdirir. Çünki Makron Fransası doğrudan da ermənipərəstdir və Paris bunu gizlətmir. Ancaq bu da hansısa deputatın fəaliyyətsizliyinə haqq qazandırmır. Elə diplomatların da!
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com