Fuad Nağıyev: "Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir" - FOTO

Fuad Nağıyev: Fuad Nağıyev: "Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir" - FOTO
"Bu gün Azərbaycan turizmində mühüm addım atılır və ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir".
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesi ilə danışarkən məlumat verib.
O bildirib ki, bununla əlaqədar ilk dəfə sertifikatlaşdırılmanı həyata keçirəcək orqan təşkil edilib:
"Turizm bələdçisi çox vacib peşədir. Ümumi turizmin inkişafında xüsusi bir hissəni təşkil edir. Ölkədə peşəkar və bilikli bələdçilərə ehtiyac var. Biz beynəlxalq təşkilatlarla birgə müxtəlif dilli bələdçilərinin hazırlanması üçün əməkdaşlıq edirik. Yaradılan sertifikatlaşdırılma orqanı isə bundan sonra təlim və sertifikasiya işini yerinə yetirəcək. Bələdçilərə attestasiya sənədi veriləcək. Bu peşəkar bələdçilərin hazırlanmasında mühüm addımdır".
O əlavə edib ki, hotellərin də sertifikasiyası uğurla davam edir - 17 hotelə ulduz dərəcəsi verilib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb. Florian Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.
Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini - baş direktor v.m.i.e Emin Zeynalov öz növbəsində Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.
Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Fuad Nağıyev: Nigar Məmmədova
FOTO: Kərim Abbasov

Turizm       Tarix: 07 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az son xeberler az gunun xeberleri hava durumu