Fuad Nağıyev: Sərhədlərin açılması ilk olaraq qonşu ölkələrlə planlaşdırılır

Fuad Nağıyev: Sərhədlərin açılması ilk olaraq qonşu ölkələrlə planlaşdırılır"Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan "Bərpaya doğru yol" videokonfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpasının planlaşdırıldığını, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır.
F.Nağıyev post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafının prioritet istiqamət olacağını vurğulayıb və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Agentlik sədri yerləşmə vasitəsi hesab edilən mehmanxana və mehmanxana tipli obyektlər, turizm agentlikləri və turoperatorlar, iaşə obyektləri üçün dəstək paketi haqqında məlumat verərək may ayının 15-dək proqram çərçivəsində ümumi olaraq əməkhaqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manatın ayrıldığını bildirib.
Agentlik sədri, həmçinin 2019-cu il ərzində sahibkarlar tərəfindən ödənilən vergilərin geri qaytarılması, orta və kiçik sahibkarlığın 2020-ci il üçün gəlir vergisinin 75%-dən azad olunması, sosial ödənişlər və kreditləşmə üzrə güzəştlərin verilməsi və s. haqqında məlumat verib.
Əlavə edilib ki, proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.
F.Nağıyev Azərbaycanın təhlükəsiz turizm destinasiyası olduğunu vurğulayaraq bu mövqenin gücləndirilməsi üçün "SAHMAN" proqramının hazırlandığını əlavə edib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun