G20 Dinlərarası Dialoq Forumunda Azərbaycan multikulturalizmi müzakirə edilib - FOTOLAR
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov sentyabr ayının 5-dən 7-dək Hindistanın Puna şəhərində keçirilən G20 Dinlərarası Dialoq Forumunda iştirak edir.
azxeber.com xəbər verir ki, forum "Dinlərarası harmoniya vasitəsilə dünyada sülhün bərqərar olması və davamlı inkişafı" mövzusuna həsr edilib.
Rəvan Həsənov Forumun "Sosial birlik, sabit cəmiyyətlər və din" panelində "Azərbaycan Multikulturalizm modeli" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycandakı multikultural və tolerant mühit, həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizmi modeli haqda ətraflı məlumat verib.
Bildirib ki, multikulturalizm Azərbaycan xalqının mənəvi sərvətidir: "Azərbaycan tarixən çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu gün də bu ənənə Azərbaycanda davam etdirilir və qlobal səviyyədə təbliğ olunur. Azərbaycanın multikulturalizmi dünya dövlətləri üçün örnək model kimi qəbul edilir". R. Həsənovun məruzəsi maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.







Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"