G7 Zelenskinin dərdinə çarə axtarır - ƏTRAFLI

G7 Zelenskinin dərdinə çarə axtarır - ƏTRAFLIŞəkildəkilər dünyanın əsas güc mərkəzlərini təmsil edən liderlərdir. Şərti olaraq adına "Qərb masası" deyə bilərik. Düzdür, şəkil Uzaq Şərqin ən qüdrətli və aparıcı ölkəsi olan Yaponiyada çəkilib. Yaponiya siyasi-geopolitik mənsubiyyət baxımdan Qərbyönümlüdür. Əsas qərarlarını, addımlarını ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə uyğunlaşdıraraq atır.
Şəkil G7 sammitində çəkilib. Fotodakıları güc və reputasiya ardıcıllığı ilə aşağıdakı kimi sıralayaq.
Co Bayden – ABŞ prezidenti
Rişi Sunak – Böyük Britaniyanın baş naziri
Olaf Şolts – Almaniya kansleri
Ursula von der Leyen – Avropa Komissiyasının Prezidenti
Şarl Mişel – Avropa İttifaqı Şurasının prezidenti
Castin Trüdo – Kanadanın Baş naziri
Emmanuel Makron – Fransanın prezidenti
Fumio Kisida – Yaponiyanın Baş naziri
Ukrayna prezidenti Volodimr Zelenski tədbirə qonaq qismində dəvət olunub. Onu başa çəkiblər. Başı nələr çəkən Ukraynanın başçısının belə mötəbər tədbirdə başa çəkilməsi yaxşı haldır. Dünya siyasi elitasının mərkəzində oturmaq hər prezidentə nəsib olmayıb. Bəlkə də Zelenski düşünür ki, kaş ölkəsində müharibə olmazdı, Rusiyanın hərbi aqressiyası Ukraynanı viran qoymazdı, şəhərlər, kəndlər dağıdılmazdı, əhali didərgin düşməzdi, günahsız insanlar öldürülməzdi. Kaş… Amma gecdir. Olana və ölənə çarə tapılmaz.
G7 siyasi klubu isə V.Zelenskini çağırıb, başda oturdur, onun dərdinə çarə axtarır. Çarə var – Rusiyanı məğlub edib, bu faciəni dayandırmaq. Bunun üçün Qərbin aparıcı ölkələrinin çalışdığı haqda məlumatlar yayılır. Məlumatlarla paralel Ukrayna da dağılmaqda davam edir. İndən sonra bu ölkəni bərpa etmək üçün onillər və yüzmilyardlarla vəsait lazım olacaq. Bütöv bir nəsil qırılıb. Milyonlarla insan didərgindir. Avropanın qaçqın düşərgələrində əsir-yesirdir. Dünyanın ən gözəl ölkələrində biri yer üzündən silinməkdədir. Və bu "geopolitik lotular" Zelenskini çağırıb başını sığallayır, deyirlər, yaxşı olacaq, qoy ölkən bir az da dağılsın…
Ukrayna müharibəsinin bir nömrəli günahkarı, suçlusu Rusiya dövləti və onun prezidenti Vladimir Putindir. Buna kimsə bir söz demir, deməyə də haqqı yoxdur. Qərbə qınaq və qəzəb budur ki, birincisi, niyə rus qoşunlarının Ukraynaya hücumuna imkan verdi?! İkincisi, deyək verdi, bəs 1 ildən çoxdur nədən Rusiyanın hərbi aqressiyanın qarşısını ala bilmir?! Bu qədərmi gücsüzdür Qərb? Bu qədərmi Rusiya qüdrətlidir?
G7 Zelenskinin dərdinə çarə axtarır - ƏTRAFLIƏvəzində Zelenskini təyyarə ilə o ölkə sənin, bu paytaxt mənim gəzdirirlər. Cem Yılmazın məşhur "standap"ında deyildiyi kimi, "bir dəfəkində kralsan, oğlum". Zelenskiyə də təxminən belə deyilir: "Qoy Ukrayna yerlə yeksan olsun, Rusiya qoşunları sənin xalqını daha çox qırsın, biz zamanı gələndə məsələni həll edəcəyik. Sən də qəhrəmansan də…"
Yəni dünyanın sahibləri sayılan qüdrətli dövlətlər bir Rusiya ilə bacarmır. Buna niyə heç kim inanmır, görəsən? Hətta son günlər Ukraynaya F-16 qırıcıları veriləcəyi xəbərləri fonunda Qərbin səmimiyyəti qəbul edilmir. Bu arada, Almaniya prezidenti bu günlərdə deyib ki, ölkəsinin Ukraynaya F-16 təyyarələri veriləcəyi xəbəri yalandır. Deyirlər, təyyarələri ABŞ verəcək. Tutaq ki, verildi, bu, müharibənin gedişində nəyi dəyişdirə biləcək? Müharibəni dayandırmaq, sülh, atəşkəs əldə etmək əvəzinə yanan ocağın üstünə benzin tökürlər.
Artıq hər kəsə bəllidir: Bu müharibə Qərb və Rusiya arasında gedir. Savaşın iki məğlubu var: Rusiya və Ukrayna. Qalibi isə təkdir…
Məşhur deyim yada düşür: "Qumarı oynayan(lar) yox, oynadan qazanır".
Globalinfo.az / konkret.az

Siyasi       Tarix: 23 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun ən son xəbər bugünkü son xəbərlər en son xeber