"Ganjavi Holding" 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR

Ölkəmizdə müxtəlif sahələr üzrə çoxşaxəli fəaliyyət göstərən "Ganjavi Holding" 5 illik yubileyini geniş proqramlı, xüsusi təşkil olunmuş ziyafətlə qeyd edib.
Yubiley tədbiri holdinqin ötən illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.
Tədbirdə Milli Məclisin deputatları, rəsmi qurumların nümayəndələri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yaradıcı şəxslər, holdinqin əməkdaşları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Çıxışlarda holdinqin 5 illik fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək hədəfləri ilə bağlı fikirlər səsləndirilib, iştirakçılar tərəfindən təbriklər çatdırılıb.
Tədbir çərçivəsində qonaqlar üçün canlı musiqi və yaradıcı proqramı təqdim olunub.
Sonda holdinqin inkişafına töhfə vermiş əməkdaşlar və tərəfdaşlar müxtəlif nominasiyalar üzrə simvolik mükafatlarla təltif olunublar. Bu addım şirkətin komanda ruhuna və əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilib.
05 aprel 2021-ci ildə iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi tərəfindən təsis olunan "Ganjavi Holding" qısa müddətdə müxtəlif sahələri əhatə edən güclü platformaya çevrilib. Holdinq maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlaşdırılması, yeni bizneslərin qurulması və idarə olunması, alternativ təhsil və təlim proqramları, layihələrin hazırlanması, kuryer və poçt xidmətləri, media üzərindən reklam, hüquqi və inzibati xidmətlər, İT həlləri, eləcə də səyahət və səfərlərin təşkili kimi geniş istiqamətlər üzrə fəaliyyət göstərir.
Bununla yanaşı, holdinq informasiya sferasında da aktiv rol oynayaraq iqtisadi, ictimai və sosial mövzuların işıqlandırılmasına və analitik materialların hazırlanmasına xüsusi önəm verir. Hazırda "Ganjavi Holding"in tərkibində "Najafsoy Group", "Ganjavi Media", "Strateji.az" və "Siyasi.az" xəbər portalları, "ELSHAN GANJAVI" şirkəti, "Public" və "Gəncəvi" jurnalları, eləcə də "GƏNCƏVİ" Milli Mükafatı layihəsi fəaliyyət göstərir.
Peşəkar fəaliyyəti ilə yanaşı, ictimai və sosial sahədə də aktiv olan Elşən Gəncəvi müxtəlif dövrlərdə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyində maliyyə meneceri, "PUBLIC AZERBAIJAN" konsepsiyasının rəhbəri, "ŞƏFQƏT" Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində ictimai və sosial şuranın rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin "Oxu-magiya" kitabının müəllifidir və müxtəlif media platformalarında iqtisadi, ictimai və sosial mövzularda analitik yazılarla çıxış edir.
Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr səviyyəsində, Timişoara Qərb Universitetində isə "Siyasi elmlər" ixtisası üzrə magistr səviyyəsində başa vuran Elşən Gəncəvi müxtəlif illərdə Milli Məclisə seçkilərdə də namizəd kimi iştirak edib.
Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, İstanbul şəhərində keçirilən "Altın Melek Ödülleri 2021" layihəsində "İlin ən uğurlu iş adamı", "Turkey Exclusive Awards 2022" layihəsində "Azərbaycanın uğurlu iş adamı" və "Altın Melek Ödülleri 2025" layihəsində "İlin beynəlxalq ən uğurlu iş adamı" nominasiyaları üzrə mükafatlara layiq görülüb.
Qeyd edək ki, holdinqin adı Nizami Gəncəvi irsindən ilhamlanaraq seçilib və bu, milli-mənəvi dəyərlərə bağlılığın ifadəsi kimi dəyərləndirilir. Təsadüfi deyil ki, holdinqin təsis olunduğu 2021-ci il İlham Əliyev tərəfindən ölkədə "Nizami Gəncəvi ili" elan edilmişdi.
5 illik yubileyini qeyd edən "Ganjavi Holding" qarşıdakı dövrdə də fəaliyyət istiqamətlərini genişləndirməyi, innovativ yanaşmalar tətbiq etməyi və ölkənin iqtisadi, sosial və media mühitinə töhfə verməyi hədəfləyir.
/ azxeber.com

Sosial       Tarix: 17 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkəd

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeberlər son xəbərlər azərbaycanda kriminal bugun