Gədəbəyin yeni icra başçısı kimdir? - Dosye

Gədəbəyin yeni icra başçısı kimdir? - DosyeXəbər verdiyimiz kimi, Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu barədə sentyabrın 28-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
azxeber.com yeni icra başçısının dosyesini təqdim edir:
Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.
1985-1993-cü illərdə orta məktəbə gedib. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini iqtisadiyyatı tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib. 
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 
Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda "Fəxri Fərman"lar və "Təşəkkürnamə"lərlə təltif edilib.
15 oktyabr 2018-ci il tarixində "Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri" İctimai Birliyi tərəfindən "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı ilə təltif olunub. 
Azərbaycan Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 
05 iyul 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var!

Sosial       Tarix: 28 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi

Hər gün pivə içmək bəzi insanların düşündüyü kimi zərərsiz vərdiş olmaya bilər. Narkoloq və psixiatr Anton Rudkovski bildirib ki, gündəlik olaraq az miqdarda pivə qəbul etmək belə zamanla alkoqol asılılığı riskini artır

"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur. 2020-ci il sentyabrın 27-də Azərbayca

"Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır" - QMİ

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu keçənilkindən də tez başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. QM

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Prezident İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. xəbər verir ki

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0348 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər

Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün əraziseçimi əsas məsələlərdən birinə çevrilib. . Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini vəyaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişa

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini

Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi

Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az cəbhədən son dəqiqə valyuta gunun xeberleri