Gedib Lalə Azərtaşın verilişində otururlar' - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdı

Gedib Lalə Azərtaşın verilişində otururlar' - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdıÖtən gün təhsil eksperti Kamran Əsədov "Facebook" səhifəsində paylaşım edərək bildirib ki, MUZ TV-də yayımlanan "Tarixin bir anı" verilişində qonaq olacaq və təhsili ictimai müzakirə edəcəklər. Bu paylaşıma isə insanlar müxtəlif reaksiya veriblər və xeyli müzakirələrə səbəb olub.
Ekspert Kamran Əsədov isə bu gün verilişdə iştirak etməyib.
Gedib Lalə Azərtaşın verilişində otururlar' - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdıKamran Əsədov azxeber.com-a açıqlamasında insanların buna reaksiyasına cavab verib və verilişdə hansı səbəbdən iştirak etmədiyinə aydınlıq gətirib.
O, qeyd edib ki, təhsillə bağlı ümumi narazılıq var və insanlar istənilən məsələyə etiraz edirlər:
"Heç kim təhsillə bağlı verilişə baxmır. Ümumiyyətlə, televiziyaya baxanların sayı çox azdır. Məsələ nədir, insanlar təhsildən narazıdırlar, insanlarda ümumi narazı fikirlər var. Bundan sonra da istənilən məsələyə etiraz edirlər, bu da normaldır. Biz kiminsə fikrinə hörmətlə yanaşmağı öyrənməliyik. Dünən mənə dedilər ki, saat 12-də efirdə canlı yayım var, amma aparıcını bilmədim. Axşam anonsu mənə göndərəndə gördüm ki, Tarix Əliyevin (Tolik) verilişidir. Amma hədəf tamam başqa idi. Biz təhsili müzakirə etməliyik. Hazırda orta və ali məktəblərdə ciddi problemlər var. Transferlərlə bağlı problemlər var. Koronavirus kimi problemlər var. Bu tipli məsələlər kənarda qalıb, müzakirə edə bilmirik. Təhsil Nazirliyi yanında İctimai Şura da problemləri aidiyyatı üzrə çatdırmır. Biz də məcbur oluruq ki, müxtəlif platformalarda təhsil məsələlərini müzakirə edək. Təbii ki, dəvət gələndə istər, istəməz özün də bu məsələdə maraqlı olmalısan. Müəyyən auditoriyaya fikir çatdırmaqda maraqlı olmalısan. Mənim izləyicilərə də hörmət etmək borcumdur".
Kamran Əsədov qeyd edib ki, insanlar düşünməsinlər ki, ictimai qınağa görə verilişdə iştirak etməyib, əslində səbəb başqa olub:
"Düşünməsinlər ki, mən ictimai qınağa görə verilişə getmədim. Sadəcə dedim ki, mənim bu platformada problemi deməyim düzgün olmaz. Həm də mənim orada çıxışım birtərəfli monoloq şəklində olacaq idi, çünki başqa təhsil eksperti dəvət olunmamışdı. Yəni, problemi gərək həmin sahənin mütəxəssisləri ilə müzakirə edəsən. Kütlə baxımından Tarix Əliyev kifayət qədər geniş kütləyə malikdir. İstər sosial şəbəkələrdən, istər televiziyadan. Amma həqiqətən insanlar bu məsələdən narahat olsaydılar, bir baxardılar ki, nə müzakirə olundu, nə deyildi. Mənim əsas məqsədim budur ki, təhsil müzakirə olunsun. Təhsil hanısa 5-6 nəfərin kabinetdə yığılıb çay içə-içə müzakirə edəcəyi bir məsələ deyil, təhsil bizim hamımızın işidir, ictimai işdir. Bunları ciddi müzakirə etmək lazımdır, amma ciddi müzakirəyə də insanlar heç biri baxmır".
Gedib Lalə Azərtaşın verilişində otururlar' - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdıMəsələ ilə bağlı Tarix Əliyev (Tolik) azxeber.com-a açıqlamasında bildirib ki, Kamran Əsədov verilişə gəlməsə də, efir çox maraqlı olub: 
"Mən Kamran müəllimi həyatdan tanımıram, amma onu çox verilişlərdə görmüşəm. Onun doğurdan da yaxşı bir təhsil eksperti olduğunu bilirəm. Amma prodüserə deyib ki, insanlar tərəfindən təpki gəlib. Düzü, nə müzakirələr olub, bu barədə xəbərim yoxdur. Onlar gedib Lalə Azərtaşın verilişində otururlar, Ora ekspert kimi nəyə gedir ki? Gedib ailə problemlərindən danışır, mən təhsil üçün çağırmışdım. Bizim verilişə gəlmədi, canı sağ olsun, bizim veriliş də maraqlı keçdi, tamaşaçılar da gördü ki, mən istəsəm sosial mövzulara toxuna bilərəm".
Aydın Nuri 

Sosial       Tarix: 04 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi son xeberler bugun şou biznes xəbərləri