Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTO

Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTOGələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTO
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.
Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyillərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib.
Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır. Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır.
S.Babayev qeyd edib ki, 2021-ci ilin əmək kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədilə müvafiq təhlillər artıq aparılıb. Bu təhlillərə  əsasən, Azərbaycanda ixtisaslı kadrların sayının ilbəil artdığı nəzərə alınmaqla qeyd etmək olar ki, gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək. Eyni zamanda, təkliflərin hazırlanması zamanı əmək bazarının hansı sahələrində əcnəbi işçi qüvvəsinə tələbatın olduğu da nəzərə alınıb. Yalnız hansı sahələrdə ki, xarici işçi qüvvəsinə ehtiyac yaranır, kvota da o sahələri əhatə edir.  
İclasda 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik nəzərdən keçirilməklə, gələn il üçün kvotanın müəyyən olunması ilə bağlı təkliflərə baxılıb, müzakirələr aparılıb.
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək - FOTO

Sosial       Tarix: 24 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun hava proqnozu son xabarlar son.xeberler