Gənc alimdən qalmaqallı deputatla bağlı inanılmaz sözlər: "İnsan onun paklığında durulmaq istəyir…

Gənc alimdən qalmaqallı deputatla bağlı inanılmaz sözlər: Gənc araşdırmaçı alim Xəyalə Əfəndiyeva sosial şəbəkə hesabında biznesmen-deputat Cavanşir Feyziyev haqqında fikirlərini əks etdirən məqalə ilə çıxış edib.
azxeber.com editor.az-a istinadən xəbər verir ki, məqalədə deputat barəsində yazılan bəzi fikirlər sosial şəbəkələrdə müzakirələr səbəb olub və normadan artıq tərif kimi qiymətləndirilib. Məsələn, araşdırmaçı alim deputat haqqında "Cavanşir müəllim elə bir ucalıqdır ki, adam Ona hər baxanda içini, ruhunu, qəlbini təmizləyib Onun paklığında durulmaq istəyir…" kimi cümlələrdən istifadə edib.
Halbuki, mediadan hər kəsə bəllidir ki, Cavanşir Feyziyevin adı hətta Londonda milyonlarla dollarlıq maliyyə əməliyyatlarında hallanıb və deputatın ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib. Cavanşir Feyziyev eyni zamanda mediada dəfələrlə ölkənin dərman biznesini monopoliyada saxlamaqda ittiham olunub.
Xəyalə Zərrab daha sonra deputat barəsində belə davam edir:
"Cavanşir Müəllim kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur…
Gözlərindən ürəyinin içi görünən, sözlərindən ruhu duyulan Adamdı, Cavanşir Müəllim! İşığından pay aldığımız Çıraq kimi Adamdı.."
"…Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!"
Məqaləni olduğu kimi təqdim edirik:
Tanrı dağını görməmişəm mən… Amma Ona hər baxanda elə bilmişəm ki, Tanrı dağın ətəklərindəyəm!…
Cavanşir Müəllim elə bir ucalıqdır ki, adam Ona hər baxanda içini, ruhunu, qəlbini təmizləyib Onun paklığında durulmaq istəyir…
Bir gün bir parça kətan üzərinə şəklini çəkmək istəmişdim… Qəribədir, bir neçə saatdan sonra mən o kətanı boyayıb tamamlayanda orda kitab, su, işıq və bir qucaq çiçək çəkdiyimin fərqinə vardım… Bu, məndən qeyri-ixtiyari baş vermişdi… Şüuraltım Onu necə qavramışdısa, o cür də çəkmişdim…
Oxuduğum və hər səhifəsindən öyrəndiyim ən dəyərli Kitabımdır Cavanşir Müəllim!
Kamil xarakterindən, müdrikliyindən dərs aldığım Tərbiyə Məktəbidir Cavanşir Müəllim!…
Baxdığım, hər baxdıqca yanlışlarımı düzəltməyə çalışdığım mükəmməl Aynadır Cavanşir Müəllim!
Düşüncələrimin aydınlandığı ali Elm Məbədimdi, Cavanşir Müəllim!
Sadəliyin böyüklüyünü, mütəvaziliyin, xoşgörülüyün, pak niyyətin, saflığın ülviyyətini öz şəxsində bütövləşdirən Dəyərdi, Cavanşir
"TRT Belgesel"də hər bazar ertəsi "Su savaşları" verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir…
Qəribədir… hər dəfə "Su savaşları"nın son kadrlarını izləyəndə Cavanşir müəllimin nurlu çöhrəsi gözlərimin önündə canlanır. Beynimdə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Cavanşir Müəllim mənim bu dünyadakı ən böyük tapıntım, ən uğurlu kəşfimdi…
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Cavanşir Müəllim kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur…
Gözlərindən ürəyinin içi görünən, sözlərindən ruhu duyulan Adamdı, Cavanşir Müəllim!
İşığından pay aldığımız Çıraq kimi Adamdı…
Körpə gözü təkin saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!
Cavanşir Müəllim öz valideynlərinə qarşı necə övlad olubsa, elə o cür də Atadı…
Mirzə Ələkbər Sabirin gözəl bir sözü var: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur… Cavanşir Feyziyevin Azərbaycan mühitində qazandığı bütün statuslardan ən Ucası gözəl övladlar yetişdirən Ata və mükəmməl Ailə başçısı adıdır… İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?!
Cavanşir Müəllim zəngin dünyagörüşlü, sağlam düşüncəli, yüksək mədəniyyət sahibi, ağıllı və tərbiyəli, ilahidən nur kimi yaraşıqlı 4 övlad böyüdür ocağında…Tanrı qorusun!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli" sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini itirən bir toplumun içində Cavanşir Müəllim kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın (sözün həqiqi mənasında isə böyük hərflərlə İNSANın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə… Düşünürsən ki, bu torpaq Cavanşir Feyziyev ləyaqətdə qutsal və uca bir İnsanı yetirə bilibsə, demək ki, aydın sabahlara və yaşamağa hələ də ümidimiz qalır…
Bu dünyada vicdanına qəlbən sadiqliyin, xoş niyyətin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu…Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!
Sağlam, xoşbəxt, bərəkətli ömür diləyiylə:
Xəyalə Əfəndiyeva

Sosial       Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 futbol xeberleri cəbhədən görüntüleri en sonxeber