Gənc Liderlər üçün Qış Universiteti'nin ikinci günü başa çatdı
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin iştirakçıları ikinci günə səhər idmanı ilə başlayıb.
Gün ərzində baş tutan panellər çərçivəsində "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov "İnnovasiya əsaslı ideya generasiyası", millət vəkilləri İlham Məmmədov "Motivasiya fundamentli uğura gedən yol", Pərvin Kərimzadə "Gənc liderlərin inkişafında təhsilin rolu", PR və Marketinq üzrə mütəxəssis Günay Məhərrəmli "Rəqəmsal dünyada sosial medianın imkanlarından effektiv istifadə formaları" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda "Social Night" proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.





Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var