"Gənc yazarlar": Uşaqların Beynəlxalq Müdafiəsi Günü "McDonald"s Azərbaycan"ın yeni layihəsinə start verilib - FOTO

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "McDonald"s Azərbaycan" şirkəti Gəncədə xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində "Gənc yazarlar" adlı yeni layihəyə start verilib.
2020-ci ildə Gəncənin bombalanmasından zərər görmüş 6-15 yaşlı 50-dən çox uşaq aksiya çərçivəsində Gəncə şəhərində yerləşən "McDonald"s" restoranına dəvət olunub. Burada onlar üçün əyləncəli proqram təşkil edilib, dadlı təamlardan ibarət süfrə açılıb.
Tədbirdə əsas diqqət "McDonald"s Azərbaycan"ın CARE GROUP şirkəti ilə birgə həyata keçirdiyi "Gənc yazarlar" layihəsinə start verilməsinə ayrılıb. Tədbirə dəvət olunmuş uşaqlar sözügedən layihənin əsas iştirakçılarına çevriliblər.
CARE GROUP şirkətinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə layihə çərçivəsində uşaqlar üçün "Art-terapiya" və "Koqnitiv davranış terapiyası" üsulları üzrə psixoloji təlimlər keçiriləcəkdir. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə, psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.
Uşaqlarla 6 ay ərzində bir neçə mərhələdə iş aparılacaqdır ki, birinci mərhələ yekunlaşdıqdan sonra uşaqlara öz nağıllarını yazmaq təklif ediləcəkdir. Hər bir uşağa peşəkar psixoloq dəstəyi göstəriləcək və yazılan bütün nağıllar layihə tamamlandıqdan sonra buraxılacaq qalın üzlü kitabda nəşr olunacaq. Gənc yazarların hər birinə yazdıqları birinci kitabın nüsxəsi təqdim ediləcək, tirajın qalan kitabları isə ölkənin kitab mağazalarına paylanacaqdır. Burada arzu edən hər kəs uşaqların nağılları ilə tanış olmaq imkanı əldə edəcək, toplanan bütün vəsait isə kitabın müəlliflərinin ailələrinə kömək üçün veriləcəkdır.
Layihənin müəlliflərinin sözlərinə görə, burada əsas məqsəd uşaqlarda öz gücünə inamı tərbiyə etməkdir. Bu kontekstdə özlərinin yazdıqları nağıllar müsbət terapevtik effektə malik olacaq. Onların gözəl kitab şəklində nəşr olunması isə bu effekti daha da gücləndirəcək və gənc yazarların hər biri üçün böyük əhəmiyyətə malik olacaq.
Bayram tədbirinin sonunda layihə iştirakçılarına gənc yazar dəsti paylanılıb. Yaradıcılıq üçün zəruri ləvazimatların daxil olduğu bu dəst tədbirə daha çox müsbət emosiyalar qatıb.
"Biznesin sosial məsuliyyəti və xeyriyyəçilik fəaliyyəti hər zaman "McDonald"s" şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. "McDonald"s"ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr reallaşdırılıb, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. Bütün bunlar əsasən "McDonald"s"a gələn şəxslərin ianələri və şirkətin keçirdiyi xüsusi aksiyalar sayəsində mümkün olub. İnanırıq ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını daha gözəl və rəngarəng edə bilərik", - şirkət nümayəndəsi bildirib.

İqtisadiyyat       Tarix: 01 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər meherremlik 2026 iqtisadiyyat xeberleri bugun novruz bayramı