Gəncə sakinlərinə şad xəbər: Ölkənin ikinci böyük şəhərində bir çox xidmətlər elektronlaşdırılıb - VİDEO
Gəncə sakinlərinə şad xəbər: Ölkənin ikinci böyük şəhərində bir çox xidmətlər elektronlaşdırılıb - VİDEO
Azərbaycanda ilk dəfə Gəncə şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ödənişləri "Milliön" aparatları vasitəsi ilə ödəniləcək.
Oxu.Az xəbər verir ki, artıq bununla bağlı iki ilə yaxın aparılan işlər yekunlaşıb və ölkənin ikinci böyük şəhərində yaşayanlar Mənzil Kommunal İstehsalat Birliyinə aid olan xidmət haqlarını rahat şəkildə ödəyə biləcəklər.
Söhbət ondan gedir ki, yeni sistem sakinlərin vaxt itkisini aradan qaldırmaqla yanaşı, yarana biləcək süni maneələri də aradan götürəcək.
Xidmətlərə gəlincə, ilkin olaraq kirayə haqları, məişət tullantılarının daşınması, vətəndaşlar tərəfindən avtomobil qarajlarının istifadə haqları və lift istifadəsinə görə ödəmə haqları olacaq.
Artıq bütün məlumatlar elektronlaşdırılıb. Başqa sözlə desək, istənilən şəhər sakini yuxarıda göstərilən xidmət haqlarını ödəmək üçün aparata yaxınlaşaraq ümumi borcları və ödəyəcəyi məbləğlə tanış ola bilər. Yeni sistem əhali tərəfindən də müsbət qarşılanıb.
Daha ətraflı videoreportajda:
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR