Gəncədə avtoxuliqanlıq edən şəxslər həbs edilib - FOTO
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Open.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol PolisŞöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. "Chevrolet" və "VAZ 21074" markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfində ninzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.
Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər. /open.az

36 yaşlı kişi dəm qazından zəhərləndi
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
"Nə Vaşinqton, nə də Tehran qazanacaq" - Pezeşkian
Bakıda 19 yaşlı tələbə itkin düşdü
TƏCİLİ: Müharibə başladı - ABŞ qırıcıları İran PUA-sını VURDU
Gəncədə minik avtomobili ağaca çırpılıb, xəsarət alan var
Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu
İrana hücum əmri verildi? - F-35 havaya qaldırıldı: İLK TOQQUŞMA
Sarkisyandan Qarabağ ETİRAFI - "2018-ci ilə qədər..."
"Kəpəz"in futbolçusu bıçaqlandı
Qətlə yetirilən Röyal Vətən müharibəsi iştirakçısı imiş
Nazir direktoru işdən çıxardı - Yeni təyinat - FOTOLAR
Nazir müavini Beynəlxalq Süni İntellekt Konfransında iştirak etdi
Hərbi prokurora yeni müavin təyin olundu
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən