Gəncədə dəhşətli qətl: Müəllim yaşadığı evində amansızlıqla öldürüldü

Gəncədə dəhşətli qətl: Müəllim yaşadığı evində amansızlıqla öldürüldüGəncə şəhərində 1988-ci il təvəllüdlü Seymur Rəfiyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı xalasının əri, 1953-cü il təvəllüdlü Yusif Dəmirovu qətlə yetirib.
KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, Seymur vəfat etmiş xalasının əri Yusifdən hissə-hissə aldığı, ümumilikdə 310 manat olan borcu qaytara bilməməsi, eləcə də sonuncunun ondan borca verdiyi pulu mütəmadi olaraq təkidlə tələb etməsi ilə bağlı aralarında yaranmış mübahisələrdən hiddətlənib.
Seymur qeyd olunan borcdan yaxa qurtarmaq üçün Yusif Dəmirovu öldürmək qərarına gəlib. O, Yusifin kirayədə yaşadığı evdə tək olmasından əmin olduqdan sonra 28 avqust 2020-ci ildə, saat 16 radələrində cinayətkar niyyətini həyata keçirməkdən ötrü özünün yaşadığı evdən bıçaq götürüb və onun yaşadığı mənzilə gedib.
Seymur maddi xərclərindən yaxa qurtarmaq, yəni tamah məqsədilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün ona çoxsaylı zərbələr vurub. Ümumilikdə 10 ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə Yusif Dəmirovu həyatdan məhrum edib.
Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə ifadə verməkdən imtina etdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, atası, anası, bacısı və bacısının övladları ilə birlikdə yaşayır: "Mən sağ qolumda olan əlilliyə görə təqaüd alıram. Yusif rəhmətlik xalam Nurlananın əri olub. Mən Yusifin ölümündə özümü təqsirli bilmirəm. Hadisə günü ilə əlaqədar olaraq heç nə xatırlamıram".
Seymur qeyd edib ki, 29 avqust 2020-ci ildə polis əməkdaşları gələrək onu polis idarəsinə dəvət edən zaman o, çirkli paltarlarını dəyişmək adı ilə yaşadığı evə daxil olub və evdə "esens" turşusu içib: "Mən özümü intihara cəhd etdiyimi xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Mənim əvvəllər Yusifə borcumun olub-olmadığını xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Avqustun 28-də yaşadığım evi tərk edib-etmədiyimi xatırlamadığım üçün bu barədə heç nə bildirməmişəm. Mən ümumiyyətlə baş vermiş hadisə ilə əlaqədar olaraq heç nə xatırlamadığım üçün verilən suallara cavab verməmişəm".
İş üzrə zərərçəkmiş Yusif Dəmirovun hüquqi varisi qismində ifadə verən Sevinc Dəmirovanın sözlərinə görə, MMC-də marketoloq vəzifəsində işləyir və işi ilə əlaqədar olaraq təxminən 13 ildir ki, Bakı şəhərində yaşayır: "Yusif mənim atam olub. Atam uzun müddət Gəncə Şəhər Tibb Kollecində tarix müəllimi işləyib. Doğma anam mənim 2 yaşım olanda, ögey anam isə 28 aprel 2020-ci ildə vəfat edib. Anamın vəfatından sonra atam sarsıntı keçirdiyi üçün yay aylarında, yəni kollecdə dərslər qurtardıqdan sonra Bakı şəhərinə gələrək mənimlə birlikdə yaşayıb. Atam Bakı şəhərində olan vaxt söhbət əsnasında bildirdi ki, xalam oğlu Seymur anam Nurlana rəhmətə getdikdən sonra ondan bir neçə dəfə hissə-hissə borc pul alıb. Ümumilikdə Seymurun atama olan borcu təxminən 420 manata yaxın olub. Hətta atam mütəmadi olaraq Seymurdan borcunu istəyəndə sonuncu hər dəfə bir bəhanə gətirərək pul borcunu verməyib. Lakin sonradan Seymur xəstəliyi ilə əlaqədar təqaüd aldığı üçün bank kartını atama verdi ki, borcunu hər ay həmin kartdan çıxarsın. Hətta 2020-ci ilin iyul ayında Kapital Bankın bankomatından Seymurun kartını salaraq 110 manat pul çıxardaraq atama vermişəm".
Hüquqi varis qeyd edib ki, 2020-ci ilin avqust ayında yenidən Seymurun kartını bankomata salıb yoxladıqda artıq kartın bloka salındığını görüb və bu barədə atasına bildirib: "Həmin vaxt atam Seymura zəng etmədi və fikirləşdi ki, yəqin atam Gəncə şəhərinə gəldikdən sonra bu barədə Seymurla söhbət edər. Avqustun 20-də iş cədvəlləri ilə bağlı məsələləri həll etmək üçün atam Gəncə şəhərinə qayıtdı. Atam Gəncə şəhərinə qayıtdıqdan sonra mütəmadi olaraq zəng edərək atam ilə hal-əhval tutmuşam. Hətta elə olub ki, gün ərzində 7-8 dəfə telefon vasitəsilə əlaqə saxlayaraq atamın əhvalını soruşmuşam. Gəncə şəhərində yaşayan digər xalam və sonuncunun ailə üzvləri ilə münasibətləri çox yaxşı olduğu üçün əksər vaxtlar atama zəng edərək kefini soruşanda onun xalamgildə olduğunu bilmişəm".
Sevincin ifadəsinə görə, avqustun 27-də, saat 16 radələrində xalası oğlu Seymur xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan telefon nömrəsinə zəng edib: "Məndən xahiş etdi ki, atama olan borcunu tez bir zamanda qaytaracağı üçün atama zəng edərək vaxt möhləti verməsini bildirim. Mən də atama zəng edərək bu barədə bildirdim. Atam da buna etiraz etməyib razılaşdı. Bundan sonra Seymura zəng edərək atam razı qaldığını, borcunu gözləyəcəyini bildirdim. Həmin gün axşam saatlarınadək həmişə olduğu kimi bir neçə dəfə atam ilə əlaqə saxlayaraq hal-əhval tutdum. Səhərisi gün atam ilə telefon vasitəsilə əlaqə saxladım, hal-əhval tutdum. Atamın danışıqlarından hər şeyin qaydasında olduğunu hiss etdim. Həmin gün sonuncu dəfə saat 16:30-da atam ilə telefon əlaqəsi saxladım. Atamdan halını xəbər aldım. Atam da hər şeyin yaxşı olduğunu bildirdi. Bundan sonra axşam radələrində halını soruşmaq üçün növbəti dəfə atama zəng edəndə telefona cavab vermədi. Mən bir neçə dəfə atama zəng etsəm də, atam telefona cavab vermədiyi üçün narahat olaraq xalama zəng etdim. Xahiş etdim ki, xalamın yoldaşı gedərək atama baş çəksin, mənə bir xəbər desin. Bir müddət sonra xalam zəng edərək atamın öldüyünü bildirdi. Mən bu xəbəri eşidən kimi dərhal Gəncə şəhərinə yola düşdüm. Mənə məlum oldu ki, atam yaşadığı evdə bıçaqla qətlə yetirilib. Sonradan eşitdim ki, polis əməkdaşları tərəfindən dindirilməsi üçün polis idarəsinə çağırılan xalam oğlu Seymur "esens" turşusu içərək intihar etməyə cəhd edib. Seymurun bu cür hərəkətlərindən başa düşdüm ki, bıçaqla atamı qətlə yetirdikdən sonra dindirilməsi üçün polis idarəsinə çağırılan zaman cinayətin üstünün açılacağından qorxaraq "esens" turşusu içərək intihar etməyə cəhd edib. Bu səbəbdən atamın qətlə yetirilməsində Seymurdan şübhələnmişəm".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 24 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı