Gəncədə "Şahin" hərbi- idman oyunu üzrə şəhər birinciliyi keçirilib - FOTOLAR

Gəncədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq 14 aprel 2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Mudafiə Nazirliyinin tabeliyində olan N saylı Hərbi Hissədə şəhərin ümumtəhsil məktəblərinin 8-10 sinif şagirdlərindən ibarət 44 komanda ilə "Şahin" hərbi-idman oyunu üzrə Gəncə şəhər birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, N saylı hərbi hisənin ideoloji iş və mənəvi -psixoloji təminat bölməsinin rəisinin baş köməkçisi Zaur Əliyev və şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək, "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük əhəmiyyəti olduğunu qeyd etmişlər və yarışın iştirakçılarına uğurlar arzulamışlar. Tədbirdə çıxış edən natiqlərlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Abbas Mikayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi Elşən Abbasov, şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin DSMF-nun Gəncə Ərazi filialının müdiri Ayazi Paşayev, şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, SHXŞDX-nin Gəncə şəhəri Nizami Rayon şöbəsinin nümayəndəsi və digər vəzifəli şəxslər iştirak ediblər.
Hərbi-idman tədbirində məktəblilərin 5 mərhələdə sıra, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb.
"Şahinlər" hərbi-idman oyunlarının təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter almasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunmasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, şəhər birinciliyinin qalibi müəyyən olunduqdan sonra qarşıdakı günlərdə həmin komanda zona birinciliyində iştirak edəcək, zona birinciliyinin qalibi isə respublika birinciliyinə qatılmaq üçün paytaxta yola düşəcək.
Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə

Sosial       Tarix: 15 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber