Gənclər təşkilatının nümayəndələri "Şəhid anası ilə bir gün" keçirib - FOTO

Gənclər təşkilatının nümayəndələri "Şəhid anası ilə bir gün" keçirib - FOTOGənclər təşkilatının nümayəndələri "Şəhid anası ilə bir gün" keçirib - FOTO
Gənclər təşkilatının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupunun üzvləri şəhid Nicat Salahovun anası Aygün xanımla bir gün keçirib.
Təşəbbüs çərçivəsində gənclər şəhid anasına mənəvi dəstək olmaq məqsədi ilə Aygün xanımın evinə baş çəkib. İlk olaraq şəhid anasına məişət işlərində köməklik göstərilib və şəhidimizin məzarı ziyarət edilib. Həmçinin günün ikinci yarısında Hərbi Qənimətlər Parkı da şəhid anası və gənclər tərəfindən ziyarət edilib.
Bu parkda nümayiş etdirilən hərbi qənimətləri izləyən və onlar haqqında məlumatlar əldə edən şəhid anası tez-tez övladını yad edərək onunla bağlı xatirələrini dilə gətirib. Eyni zamanda, Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş qazimiz Mehman Zamedinov da bu təşəbbüsə qoşulub və şəhid anası və İctimai Maarifləndirmə komandası ilə birlikdə iftar süfrəsində iştirak edib.  
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə öz torpağı uğrunda canını fəda etmiş Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarının nəticəsidir. Şəhidlərimizin bizə əmanətini və qazilərimizi diqqətdən kənarda saxlamayaraq, onlara qayğı göstərilməsi hamımızın borcudur.
Bu təşəbbüsü reallaşdıran "İnternat Məzunlarının Sosial İnteqrasiyası" İctimai Birliyinin üzvlərindən formalaşdırılmış İctimai Maarifləndirmə qrupu Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən "İctimai Maarifləndirmə" layihəsi çərçivəsində fəaliyyət göstərir. "İctimai Maarifləndirmə" layihəsi artıq ölkəmizin 11 şəhər və rayonunda 30 gənclər təşkilatı tərəfindən icra edilib.
Gənclər təşkilatının nümayəndələri "Şəhid anası ilə bir gün" keçirib - FOTOGənclər təşkilatının nümayəndələri "Şəhid anası ilə bir gün" keçirib - FOTO

Sosial       Tarix: 29 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe