Gənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTO

Gənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTOGənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondu və ölkəmizdə ən böyük gənclər təşkilatlarının nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Gənclər Təşkilatları Milli Şurası, İrəli, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, "Böyük Qayıdış", Gənclərin İnkişafı və Karyera Mərkəzi, Tələbə və Məzunlar Platforması və digər bir çox təşkilatların nümayəndələri Vətənin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş Azərbaycanlıların xatirəsini hörmət və ehtiramla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Bu gün bu siyasətə sadiq olan gənclər təşkilatları və bu siyasətin uğuru nəticəsində vətənpərvər ruhda formalaşan gənclər unutmurlar ki, qanlı 20 Yanvar Azərbaycan xalqının yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunub.
2020-ci ildə müstəqil Azərbaycan öz tarixinin ən şanlı səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan ordusu ölkəmizin işğal altında olan torpaqlarını azad etdi. Bununla əlaqədar olaraq, Azərbaycanın Ermənistanla münaqişədə şanlı qələbəsindən sonra Qanlı Yanvarın ildönümünü qalib xalq kimi yad etmək Azərbaycan gəncliyi üçün unudulmayacaq yeni bir hissdir.
Azərbaycan gəncləri Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir! Ruhunuz şad olsun əziz Şəhidlərimiz! Torpaqlarımız artıq azaddır!
Gənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTOGənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTOGənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTOGənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTOGənclər təşkilatları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər - FOTO

Sosial       Tarix: 20 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler