Gənclər təşkilatları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Gənclər təşkilatları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Hər bir azərbaycanlının qürur mənbəyi, müasir gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyev ömrünü xalqının inkişafına, dövlətçiliyin yenidən dirçəldilməsinə həsr etmişdir. Ulu Öndərin əsasını qoyduğu və onun layiqli davamçısı, Azərbaycana 44 günlük Vətən Müharibəsində tarixi qələbə bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkə vətəndaşları müasir, firəvan, qalib və inkişaf etmiş dövlətdə yaşayırlar.
Gənclər təşkilatları Ümummilli Liderin 98-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Belə ki, Ümummilli Lider gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialının yaradılmasına dəstək olmuş və gənclərin bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda böyük gələcək vəd edən, intellektual və sağlam düşüncəli gənclik yetişir.
Biz də gənclər təşkilatları olaraq Ulu Öndərin miras qoyduğu bu öncül siyasətin həyata keçirilməsi sahəsində səylə çalışırıq.
















Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar