Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTO

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTO
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri 19-20 dekabr tarixlərində Goranboy rayonu və Yevlax şəhərində yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirlərdə icra hakimiyyətlərinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Açılış tədbirlərində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Vurğulanıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.
Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi və Xaçmaz rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb. Bu ilin sonuna kimi isə Goranboy və Yevlaxla yanaşı Lənkəranda da Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi  yaradılacaq.
Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzlərin imkanları barədə ətraflı məlumat verilib. Tədbirlər gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. 
Hər iki region gəncləri, həmçinin, "Gənc Könüllü" proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTOGənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri fəaliyyətə başlayıb - FOTO

Sosial       Tarix: 20 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Dolların güclənməsi manata necə təsir edəcək? - Milli valyuta ilə bağlı mühüm məqamlar

2026-cı ilin ilk yarısında ABŞ dollarının qlobal bazarlarda təxminən 3 faiz möhkəmlənməsi valyuta bazarlarında yeni müzakirələrə səbəb olub. Bu tendensiyanın ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinə təsir edib-etməyəcəy

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi

Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəli

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər Məscidi İdarəsi məscidin ərazisində cari təmir işləri aparacaq. -ə istinadla xəbər verir ki, təmir layihəsinin ehtimal olunan dəyəri 279 min manat təşkil edir. Təmir işləri çərçivəsində məscidin həyətyanı sahəsini

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən son durum son xeber xeber.az bu gun