"Gender Hub Azərbaycan" qadınlara qarşı zorakılığa son qoyulması üçün Hökumətə müraciət etdi
"Gender Hub Azərbaycan" qadınlara qarşı zorakılığa son qoyulması üçün Hökumətə müraciət etdi
2021-ci il başlayandan bəri ölkəmizdə 10 qadının öz yaxın qohumları və qonşuları tərəfindən qətlə yetirilməsi haqqında mediada xəbər dərc olunub. Bu cinayətlərdən ən ağırı isə 27 yanvar tarixində Binəqədi rayonunda yaşayan 32 yaşlı Məhərrəmova Banunun başına gəlib: o, öz qayınatası tərəfindən vəhşicəsinə qətlə yetirilərək zibil qutusuna tullanılıb.
Bu səbəbdən gender bərabərliyi fəalları və vətəndaş cəmiyyəti təmsilçilərini öz sıralarında birləşdirən "Gender Hub Azərbaycan" platforması Azərbaycan Hökumətinə qadın cinayətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsinə çağırış edən petisiya ünvanlayıb. Bu günə artıq 1500 şəxs bu petisiyanı imzalayıb. Petisiyada Azərbaycan Hökumətinin qarşısında aşağıdakı tələblər qoyulur:
1. Azərbaycan hökuməti tərəfindən yaxın gələcəkdə İstanbul Kovensiyasının imzalanması və buna əsaslanaraq qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsədi ilə milli qanunvericilikdə dəyişikliklərin edilməsi;
2. Gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün Banu Məhərrəmova timsalında qadın cinayətlərinin istintaqlarının və məhkəmə prosesinin ictimaiyyətə açıq formada keçirilməsi və cinayətkarların ən ağır cəza alması.
"Gender Hub Azerbaycan" hamını aşağıdakı keçid vasitəsilə petisiya ilə tanış olub, onu imzalamağa çağırır: /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ