Generalın və keçmiş rəisin qətl törədən qohumu kassasiya şikayəti verdi

Generalın və keçmiş rəisin qətl törədən qohumu kassasiya şikayəti verdiTovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyev barəsindəki hökmdən kassasiya şikayəti verib.
KONKRET.azxəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.
Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.
Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il təvəllüdlü, həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.
Əli Şəmiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.
Olayın səbəbinə gəlincə, ilkin araşdırma zamanı məlum olub ki, F.Ələkbərli Ə.Şamiyevə məxsus rayonunun Yanıqlı kəndi ərazisindəki "Su səsi" istirahət kompleksinin və iki çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsi zamanı zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayınının çirkləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına, aidiyyəti üzrə qurumlara çoxsaylı şikayət ünvanlayıb.
Bundan başqa, F.Ələkbərli Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Lakin məhkəmə iş adamının xeyrinə qərar çıxarıb.
Bütün bunlar hüquqşünasla iş adamı arasında münaqişəyə səbəb olub və ağır cinayətlə nəticələnib.
Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.
Məlumatlara görə, Ə.Şamiyev Tovuz Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovla qudadır. "Göl Əli" ləqəbi ilə tanınan Ə.Şamiyevin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Şəmiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

Hadisə       Tarix: 27 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu