Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır - FƏRMAN

Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır - FƏRMANPrezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
KONKRET.azxəbər verir ki, fərmanda deyilir:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik):
1.1. tabeliyindəki "Geodeziya və Kartoqrafiya" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin;
1.2. tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra –Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Geodeziya və Kartoqrafiya Agentliyi geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
2.2. Geoloji Kəşfiyyat Agentliyi kompleks geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatların aparılması, yeraltı suların, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yer təkinin dərinlik quruluşunun və seysmohidrogeodinamik şəraitinin öyrənilməsi, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
2.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir;
2.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir;
2.5. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Cəmiyyətin və Xidmətin balansındakı əmlakın (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) müvafiq olaraq həmin publik hüquqi şəxslərin balansına verilməsini təmin etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Nazirlik:
4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
4.3. Xidmətin strukturundakı Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin:
5.1. cari ildə saxlanılması xərclərinin Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;
5.2. növbəti illərdə fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

Siyasi       Tarix: 27 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezenesi enson xeberler xeber.az