Geqam Nazaryan: "Qarabağ getdi, indi növbədə Ermənistandır"
Yola saldığımız 2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilsə də, bu, qarşı tərəfin qeyri-konstruktiv siyasəti ucbatından baş tutmadı. İndi ekspertlər hesab edirlər ki, sülh sazişini 2024-cü ildə bağlamaq ehtimalı var. Ermənistanın siyasi dairələrində fərqli düşünənlər də az deyil. Əsasən, müxalifət bloku sülh müqaviləsinin imzalanmasına qarşıdır və onlar güman edirlər ki, Ermənistan sülh müqaviləsinə hazırkı şərtlər altında imza atarsa, bu, Ermənistanın kapitulyasiyası deməkdir.
Ermənistan parlamentinin müxalifətdən olan deputatı Geqam Nazaryan bildirib ki, Ermənistanla Azərbaycan arasında imzalanmaq üçün hazırlanan sənədi sülh müqaviləsi hesab etmək olmaz, bu, sadəcə olaraq müəyyən məsələlər üzrə tərəflər arasında razılaşmadır: "Mən əminəm ki, bu müqavilə və ya saziş 2024-cü ildə imzalanmayacaq. Müəyyən bir məsələ ilə bağlı mübahisələr səbəb kimi seçiləcək. Aydındır ki, Azərbaycan tamamilə qəbuledilməz, ya da ən azı əlavə müzakirələr tələb edən məsələlərin daxil edilməsini təklif edir. Bu, prosesin gecikməsinə səbəb olacaq. İmzalanma prosesinin ləngiməsinin digər səbəbi Azərbaycanda növbədənkənar prezident seçkiləri olacaq. Sonra zəng edəcəklər ki, ilin sonuna kimi Rusiyada, sonra ABŞ-də seçki proseslərinin başa çatmasını gözləsinlər. Düşünürəm ki, 2024-cü il məhz bu məntiqlə davam edəcək".
Erməni deputat bildirib ki, hazırkı danışıqlar prosesi "erməni cəmiyyətini arxayın etmək üçün hazırlanmış imitasiyadır. "Əslində, sülh müqaviləsinin mətni yoxdur. Bir il insanların başını bu şəkildə qatıb, Qarabağı təslim etdilər. İndi onlar eyni istiqamətdə daha bir il keçirəcəklər və növbədə Ermənistandır", – deyə erməni deputat vurğulayıb.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi