"Gilan Holding" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait ayırıb
"Gilan Holding" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,000,000 manat yardım vəsaiti ayırıb.
Əlavə olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, "Gilan Holding" və tərkibində olan şirkətlər koronavirusla mübarizə və yayılmasının qarşısını almaq məqsədilə fevral ayından müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər:
Mümkün olan yerlərdə "evdən iş" rejiminə keçirilib, iclaslar video konfrans vasitəsilə onlayn həyata keçirilir.
İşçilərin və müştərilərin sağlamlığını prioritet tutaraq, evdən işləməsi mümkün olmayan yerlərdə SƏTƏM şöbəsi tərəfindən işçi heyəti və ofislərdə, istehsal sahələrində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, təlimatlar hazırlanaraq, beynəlxalq standartlara uyğun olaraq dezinfeksiya işləri aparılmışdır.
"Gilan Holding" daxilində Operativ qərargah yaradılaraq, dövlət qurumları ilə birgə ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirləri davam etdirəcək.
Daha öncə qeyd edildiyi kimi, artıq "Gilan Holding" şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü