Google Pay artıq Unibankda

Google Pay artıq UnibankdaUnibank məhsul və xidmətlərində davamlı texnoloji yeniliklər tətbiq etməklə, ölkənin ən innovativ bankları siyahısındadır.
azxeber.com xəbər verir ki, daim müştərilərinin istəklərini reallaşdıran bank, daha bir təmassız ödəniş imkanını kart istifadəçilərinə təqdim edib. Android telefonları, planşetləri və ya saatları ilə ödənişlər etməyə imkan verən "Google Pay" xidməti artıq "Unibank"da! Elə indi UCard və Leo kartlarını UBank-da "Google Wallet"a əlavə edərək, sürətli, təmassız və təhlükəsiz ödənişlər edə bilərsiniz. "Google Pay" istifadəçiləri ödəniş kartını başqasına vermədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən, ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi innovativ texnologiyalarla təmin olunur. 
"Google Pay" vasitəsilə ödəniş etmək hansı üstünlükləri qazandırır?
- Üzərinizdə nağd pul və bank kartı daşımağa ehtiyac qalmır;
- Təhlükəsizdir;
- Ödəniş prosesi çox asandır;
- Sürətlidir;
- Daha çox keşbek qazandırır.
Ödənişi həyata keçirmək üçün sadəcə Android telefonları, planşetləri və ya saatlarını ödəniş terminalına yaxınlaşdırmaq kifayətdir. "Google Pay" vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur. "Google Pay" ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.  
Eyni zamanda  "Google Pay" vasitəsilə Android əməliyyat sistemində çalışan smartfonlar, smart saatlar və noubuklarda yüklənmiş tətbiqlərdə rahat və sürətli alış-veriş etmək də mümkündür, çünki artıq qeydiyyatdan keçməyə ehtiyac qalmır. 
Təhlükəsizlik və məxfilik "Google Pay"də təmin olunur. Siz kredit və ya debet kartınızı "Google Pay"ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Google serverlərində saxlanılmır. 
"Google Pay"ə kartları əlavə etmək çox asandır. Sadəcə cihazınızda "Google Wallet" ("pul kisəsi") tətbiqinə daxil olub oradakı təlimatlara əsasən UCard və ya Leo kartınızı əlavə etmək kifayətdir. Kart cihaza əlavə olunan andan müştəri həmin cihazda "Google Pay"dən istifadə edə bilər. 
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 24 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər bugunun xeberleri xəbər maliyye xeberler bugun