Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır

Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır Hacıbəy Heydərli
Azərbaycanda sosial media seqmenti cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə gözəl şeylər olanda bir anlıq sosial media da gözəlləşir, saflaşır, təmizlənir. O ki, efirlərdə gərginlik, səviyyəsizlik, bayağılıq artır sosial şəbəkələrdə də neqativ aura, təhqir, söyüş, bədbinlik gündəm olur. 
Ölkədə son 2 günün gündəmi isə çox gözəldir, sanki insanlar arzusunda olduğu televiziyalar ilə qarşılaşıblar. Daha doğrusu arzusunda olduqları televiziyaya, verilişlərə, qonaqlara çatıblar. 
Son 2 gündə sosial media gündəmi Xalq artisti Röya Ayxanın "Səs Azərbaycan"ın finalındakı möhtəşəm ifasıdır. Əslində, Röya "Məndən ötrü ağlama" mahnısını oxumayıb, Röya həmin ifanı yaşayıb. Və elə yaşayıb ki, bir anda milyonların qəlbini titrədib. Bu ifanın sosial mediada gündəm olması Azərbaycan tamaşaçısına, izləyicisinə bayağı deyənlərə də tərs sillədir. Demək ki, səviyyəli verilişlər, şoular olanda xalq onu sevə-sevə izləyir, paylaşır, tərif edir. Demək ki, Azərbaycan tamaşaçısının zövqü hələ korlanmayıb. 
Efirlərə pulla çıxanlar heç vaxt xalqın qəlbini fəth edə bilməyəcəklər, xalqın zövqünü korlaya bilməyəcəklər. 
Əslində, xalqımız bu ifanı trend etməklə əsl sənətə, əsl mədəniyyətə nə qədər dəyər verdiyini göstərib. Röya isə bir bənd ifa ilə son günlər onu tənqid edənlərə sənəti ilə cavab verib. 
Bu ifası ilə onun Kan festivalına, oradan sonrakı söz-söhbətə, heç avtomobildə Ayaz Salayevə verdiyi cavaba da ehtiyacı olmadığını göstərdi. Demək ki, sənətçinin əsl yeri səhnədir, o layiq olduğu yerdə olanda böyük görünür. 
Səhnədən və sənətdən söz düşmüşkən bu günlərdə efiri gözəlləşdirən daha bir məqamı mütləq qeyd etməliyəm. Əməkdar artist Aybəniz Haşımova və tələbələrindən olan Milananın ifası da bu günlərdə sosial medianın trendindədir. Milananın "Rəngarəng" verilişində oxuduğu "Dilbərin ariyası" qısa müddətdə milyonlarla izləyici toplayıb. 15 yaşlı qızcığaz bir ifası ilə efirlərə milyonlar tökənləri, şəxsi həyatlarını insanların gözünə soxanları, yalnız qalmaqalla gündəmdə olanları kölgədə qoyub. 
Daha bir trenddə olan ifa isə Zabitə Əliyeva və İlkin Dövlətovun "Tarixin bir günü" verilişindəki duetləridir. 
Demək ki, səs, geyim, mədəniyyət bir arada olanda sənət tamamlanırmış. 
Demək ki, xalqımızın əsl sənətə, əsl səslərə, əsl səviyyəyə ehtiyacı var. Demək ki, televiziyalarımız da istəyəndə bunu göstərə bilir. 
Xalqın da istəyi məhz budur: Zövqümüzü korlayanları yox, ruhumuzu qidalandıranlara efir verin. / azxeber.com

Şou Biznes       Tarix: 29 may 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xeberler xeberler az son xeber az son xeber.az