"Görünür vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər" - Deputat

"Son günlərdə yoluxmanın sayı sürətlə artır. Amma bu vəziyyətin nə qədər ağır və ya yüngül olmasını Operativ Qərərgah bilir. Əgər sərtləşməyə gedəcəklərsə, demək ki, vəziyyət çox pisdir".
Bu sözləri Azxeber.com-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib. 
O, qeyd edib ki, belə görünür ki, vəziyyət çox pisdir:
"Təbii ki, yenidən qapanmalara getmək, yenidən hər yeri bağlamaq iqtisadiyyatımız üçün, insanlar üçün böyük problemlər yaradacaq. Amma xəstələrin də sayı artır. Mənə də müraciət ediblər ki, ağır xəstəmiz var, kömək edin onları xəstəxanaya yerləşdirək. Xəstəxanalarda demək olar ki, yerlər dolur. Oksigen balonları çatışmır. 
Oksigen zavodu da dayanıb, mən bununla bağlı bir həyəcan təbili çalmışdım. Belə bir vəziyyətdə artıq Operativ Qərərgahın məsuliyyətidir ki, hansısa qərarları verir və onun arxasında dayanır. 
Amma belə görünür ki, vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər".
Razi Nurullayev onu da qeyd edib ki, ciddi sərtləşmə olacağını düşünmür: "Hər halda elə qərarlar verərlər ki, əvvəlki çətin vəziyyət yaranmasın. Mənə belə gəlir ki, biz virusla yaşamağa öyrənmişik. Amma ola bilsin ki, qaydaları sərtləşdirsinlər. Vətəndaşlar üçün həm peyvənd olunma, maska və spirtdən istifadə ciddi tətbiq olunacaq. Düşünmürəm ki, iqtisadiyyata zərbə vuracaq ciddi sərtləşməyə gedilsin".
Aydın Nuri

Sosial       Tarix: 09 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava proqnozu cəbhədən yeni xəbərlər xeberler