Göy zaban: boyayır, yeyilir, sağaldır…

Göy zaban: boyayır, yeyilir, sağaldır…Sənayedə göy zabanın yerüstü hissəsindən yun parçaları göy rəngə boyamaq üçün istifadə edilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir çox qərb ölkələrində onu tərəvəz kimi də yetişdirirlər. Qida məqsədilə əsasən bitkinin təzə yarpaqlarından istifadə olunması daha geniş yayılıb. Çiçəkləri isə əsasən təzə və şəkərlənmiş halda tətbiq edilir.
Onu xiyarın əvəzedicisi kimi müxtəlif salat, sous, qarnir, soyuq şorba və borşlara qatırlar. Payızda toplanmış köklərindən əsasən yaşıl yağ hazırlanır, bitkinin kökləri pendir, kəsmik və xamaya əlavə edilməklə yeyilə bilər. Müxtəlif içkilərin ətirləndirilməsi üçün də ondan istifadə edilir. Göy zaban ətə və balığa qeyri-adi iştahaaçıcı dad verir. Təzə və qurudulmuş çiçəkləri likyor və qənnadı sənayesində keyfiyyətli xammal sayılır.
Onu əczaçılıq sənayesində boqato da adlandırırlar və bunu iki cür izah edirlər. Birinci versiyaya görə, "boqato" ərəb dilində "abu raş" sözündən götürülüb, tərcümədə "tərin atası" mənası verir və bu, bitkinin güclü tərlədici təsiri ilə əlaqədardır. Digər versiyaya görə, onun adı "burra" sözündən götürülüb və latınca"kobud yun parça" deməkdir.
İngiltərədə I Yelizavetanın hakimiyyəti illərində bitkinin çiçəkləri bütün salatlara əlavə edilirdi və elə hesab edirdilər ki, göy zaban onu yeyənlərdə xoş hisslər oyadır. İngilis təbibləri lunatizm, melanxoliya və mənfi əhvali-ruhiyyəni bitkinin şirəsi ilə müalicə edirdilər. Hazırda Avropada göy zabanın toxumlarından əldə edilən yağ diqqətlə tədqiq edilir.
Maddələr mübadiləsini yaxşılaşdırdığına görə bir çox daxili orqanların xəstəliklərində diyetik qida kimi qəbul edilir. Revmatik, podaqrik və digər oynaq, sümük və əzələ ağrılarında da onun tətbiqi müsbət nəticələr verir. Bitki əsasında hazırlanan preparatlar böyrəküstü vəzin qabıq maddəsinə stimuləedici təsir göstərərək adrenalin sintezini artırır və orqanizmi təbii olaraq tonuslandırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com xeberler en son xəbərlər bugün ən son xəbər