Göyçayda 80 baş qoyun suda batdı
Göyçayda 80 baş qoyun suda batdı
Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb.
Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.
Kənd sakinləri bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb.
Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə "Hyundai" markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi iki metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər.
Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək, boğulublar. Çoban sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib.
Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər.
Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR