Göyçayda dəhşətli avtomobil qəzası: Ölənlər var - FOTO
Göyçayda dəhşətli avtomobil qəzası: Ölənlər var - FOTO
Göyçay rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə gecə saat 02:30-da Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.
Göyçay şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu 99-HA-350 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, Göyçay sakinləri 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və həmyaşıdı Zeynalov İlham İlqar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilərək müxtəlif kəsici alətlərdən istifadə olunmaqla onların avtomobildə sıxılıb qalmış meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR