Göyçayda ölən rentgenoloqun görüntüsü - FOTO / TƏFƏRRÜAT
Göyçay Rayon Mərkəzi Xəstəxanasında, həmin xəstəxananın rentgenoloq-texnikinin əməliyyatdan sonra dünyasını dəyişməsilə bağlı bəzi təfərrüatlar məlum olub.
KONKRET.az xəbər verir ki, Metbuat.az-ın əldə etdiyi məlumata görə, xəstəxanada rentgenoloq-texnik işləyən Sahib Cavadov 1961-ci ildə Göyçay şəhərində anadan olub. S. Cavadov uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. İki il əvvəl infakt keçirən rentgenoloq əməliyyat olunub və ürəyinə 3 stend qoyulub.
Bununla yanaşı o, qan təzyiqi və şəkərli diabet xəstəliklərindən də əziyyət çəkirmiş. Məlumata görə, bir neçə ay əvvəl S. Cavadov həmin xəstəxanada nekroza görə əməliyyata götürülüb və ayaq barmağının biri amputasiya olunub. Təxminən bir həftə əvvəl isə, onun ikinci barmağında qaralma başlayıb və həkimlərin məsləhəti ilə həmin barmağın da amputasiyasına qərar verilib.
Dünən axşam saatlarında Cavadov Sahib Rəşid oğlu tam normal vəziyyətdə əməliyyata götürülsə də, cərrahi müdaxilədən sonar qəfil halı pisləşib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
S. Cavadov bu gün günorta saatlarında dəfn edilib.



Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Bakıda yaşayış binasında uçqun
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb