Göz soyuqdəyməsi: Bu əlamətlərə DİQQƏT EDİN!
Gözlərdə yaranan əsas narahatlıqlardan biri də "göz soyuqdəyməsi" dediyimiz, gözdən iltihab axması ilə müşayiət olunan haldır. Gözdə bu hal nədən yaranır və belə hallarda nə etmək lazımdır?
Milli.Az e-tibb.az-a istinadən oftalmoloq, uzman həkim Fariz Sadıqovun bununla bağlı fikirlərini, tövsiyələrini təqdim edir:
Göz soyuqdəyməsi-gözün konyuktiva bölgəsində (göz kürəsi üzərindəki və göz qapağı içərisindəki) yaranan çirkdir. Bu çirk qızartıya, göz yaşına, qaşınmaya və ağrıya səbəb olur. Göz soyuqdəyməsinə eyni zamanda konyunktivit də deyilir.
Göz iltihabı hansı səbəblərdən yaranır?
Bir çox oftalmoloq həkimlər (göz baxımı və cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimlər) böyük ehtimalla, göz soyuqdəyməsi termininin virusa bağlı olduğunu deyirlər. Konyunktivitin digər səbəbləri bakteriya, allergik reaksiya və kimyəvi qıcıq ola bilər.
Göz iltihabının əlamətləri necə olur?
İlk əlaməti gözün qızarması və yaşarmasıdır. Bəzən insan gözünə nə isə düşmüş kimi hiss edir özünü. Digər əlamətləri arasında isə bunlar yer alır:
- səhər oyanarkən göz qapaqlarının yapışıq olması
- sarı və ya yaşıl axıntının olması (əsasən bakteriyaya bağlı infeksiya)
- şəffaf bir mayenin gəlməsi (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya)
- qaşınma, yanma və ya gözə qum dənəsi düşmüş kimi bir hiss (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya).
- oxşar əlamətləri daşıyan bir ailə üzvü (birindən digərinə yoluxan infeksiya), yəni kimdənsə yoluxma
- parlaq işıqda gözün ağrıması (fotofobiya da deyilir)
- yaxın zamanda əgər ümumi bədənə soyuqdəymə olubsa (əsasən virusa bağlı infeksiya)
- limfa vəzilərində şişmə (əsasən virusa bağlı infeksiya)
- sidiyə gedərkən yanma ya da kişilərdə penisdən axıntı (nadir hallarda)
- qadınlarda vaginal axıntı (cinsi yolla yoluxma ehtimalı)
Evdə göz iltihabının aradan qaldırılmaq üçün hansı profilaktik tədbirlər görmək olar?
- Göz iltihabını digər gözünüzə və başqa insanlara yoluxdurmaqdan ehtiyat edin. Göz yanğısı son dərəcə yoluxucu ola bilər, bu səbəblə tam sağalana qədər insanlarla təmasınıza məhdudiyyət qoyun.
- Gözünüzün ətrafına toxunmazdan əvvəl əllərinizi diqqətlə yuyun.
- Öz dəsmalınızı, yastığınızı digərlərindən ayırın. İnfeksiya keçənə qədər hər gün yastıq üzünüzü yuyun, ya da dəyişin.
- İnfeksiya olan gözünüzə əlinizlə toxunmayın. Gözünüzü silmək üçün kağız dəsmal istifadə edin.
- Göz makiyajı etməyin. Makiyaj vəsaitlərinizi başqaları ilə paylaşmayın.
- İnfeksiya keçənə qədər kontakt linzalardan istifadə etməyin.
- Gözünüzü gündə üç-dörd dəfə, bir neçə dəqiqəliyə ilıq suda isladılmış dəsmalla ilıq kompres edin. Bu ağrınızı yüngülləşdirəcək və kirpiklərinizin üstündə olan qabıqları təmizləyəcək.
- Həkimlə məsləhətləşib aldığınız göz damcı dərmanlarınızdan başqalarının istifadə etməsinə imkan verməyin.
- Gözünüzü sarğı ilə bağlamayın. Bu hal xəstəliyi şiddətləndirər.
- İstifadə etdiyiniz göz dərmanınızı uzun müddət işlətməyin, bu da fəsad verər.
Göz iltihabı (virusa bağlı konyuktivit) adətən 10-14 gün ərzində bədəndən uzaqlaşar, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ