"Göz yaşlarına boğuldum. Biz begomotla filin arasında qalıb məhv olacağıq"

<br />

" class="imgbcode" />"Amerikalılar, avropalılar, ruslar və iranlılar Ermənistanda qarşıdurmanın aktiv fazasına daxil olmağa başlayıblar".
KONKRET.azxəbər verir ki, bunu erməni politoloq Arman Abovyan özünün "Teleqram" kanalında yazıb. Onun sözlərinə görə, bir çox ekspertlərin və analitiklərin qorxduğu hadisə artıq baş verməkdədir: "Amerikalılar və avropalılar bildirirlər ki, regionda mövcud olmalarına səbəb Rusiya və İrandır. Onlar bununla regiona daxil olmaq və regional logistikaya nəzarət etmək niyyətindədirlər. Ona görə də ruslar və iranlılar açıq şəkildə bildirirlər ki, onların regiona təsirini zəiflətmək cəhdləri sərt reaksiya ilə qarşılaşacaq. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen açıq, birbaşa və aydın şəkildə bəyan edib ki, ABŞ regionda elə vəziyyət yaratmaq istəyir ki, Ermənistan İran və Rusiya ilə qarşıdurmaya girsin. Bundan sonra Qərb region logistikasını idarə etməyə başlayacaq.  Düzdür, rəsmiyyət xatirinə amerikalıların "Azərbaycana silah verməyəcəkləri" ilə bağlı qeyri-müəyyən eyhamlar səslənir".
Erməni politoloq daha sonra ironiya ilə bildirib ki, amerikalıların bizi "qorumaq" istəyi məni göz yaşlarına boğdu: "Amma göz yaşlarımı silib, düşündüm ki, cənab O"Brayen Ermənistan əhalisini fiziki və milli intihara meylli xalq hesab edir. Onlar hesab edirlər ki, ermənilər hər hansı logistikaya görə, ruslar və iranlılarla əlaqələri kəsəcək və öz ölkələrini məhv edəcəklər. Ermənistanın indiki hakimiyyəti Rusiya-İran oxu boyunca münasibətləri kəskin şəkildə pisləşdirməyə hazırlaşır. İndi biz beynimizi yoruruq və anlamağa çalışırıq ki, açıq münaqişə harada baş verəcək və bu, Ermənistanın mövcudluğuna necə təsir edəcək?
Bu, sadəcə dəhşətdir. Mən Ermənistan ərazisində bir tərəfdə ruslar və iranlılar, digər tərəfdə türklər, amerikalıların bir-birini döydüyü mənzərəni təsəvvür edəndə dəli olmaq vəziyyətinə çatıram. Bu, birotaqlı mənzildə begemot və fili saxlamağa bənzəyir. Begemotla filin birotaqlı dar mənzildə qarşıdurmasını təsəvvür edirsinizmi? Ermənistanı həmin birotaqlı mənzilin gününə salacaqlar".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 17 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler son xeber az axsam az xeberler idman xeberleri