GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclası keçirildi

GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclası keçirildiGUAM Parlament Assambleyasının növbədənkənar Büro iclası keçirildi
İyulun 24-də GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar Büro iclası keçirilib.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu ərazisində törətdiyi təxribat barədə ətraflı məlumat verib.
Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribatın bölgədə vəziyyəti çox gərginləşdirdiyini bildirib. Ermənilərin hərbi əməliyyatları nəticəsində Azərbaycanın şəhidlər verdiyini qeyd edib. Bu təxribatın dünya ölkələrinə və beynəlxalq qurumlara doğru-dürüst çatdırılması üçün GUAM PA-nın fəallaşmasına ehtiyac olduğunu vurğulayıb.
Videokonfransda iştirak edən GUAM PA-da Ukrayna nümayəndə heyətinin rəhbəri Yuraş Svyatoslav, Gürcüstan nümayəndə heyətinin rəhbəri Kuçava Kaxaber, Moldova nümayəndə heyətinin rəhbəri Jizdan Aleksandru GUAM ərazisində baş vermiş bütün təcavüz aksiyalarını pisləyib, Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi təxribatdan narahat olduqlarını bildirib, Ermənistanın növbəti təcavüzünün yolverilməz olduğunu söyləyiblər. Büro üzvləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normativ-hüquqi aktlarda əks olunan sərhədləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.
Videokonfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Kərimli, Fatma Yıldırım işğalçı Ermənistanın riyakar siyasəti, Tovuz bölgəsinə hücumun təfərrüatı barədə həmkarlarına dolğun məlumat veriblər. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında     Ukrayna, Moldova və Gürcüstan parlamentarilərinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Büro iclasında GUAM PA-nın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar öz ölkələrindəki vəziyyət və mübarizə tədbirləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
GUAM PA-nın Baş katibi Altay Əfəndiyev və nümayəndə heyətlərinin rəhbərləri əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair rəy və təkliflərini diqqətə çatdırıblar. Pandemiya dövründə bu formatda onlayn görüşlərin intensivləşməsi vacibliyi qeyd olunub.
GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclası keçirildi

Siyasi       Tarix: 26 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun