Güldəfnədən həm təbabətdə, həm də məişətdə istifadə edilir

Güldəfnədən həm təbabətdə, həm də məişətdə istifadə edilirGüldəfnə ətirli ədviyyat bitkilərindən sayılır. Qədim misirlilər və yunanlar bu bitkidən tərəvəz kimi istifadə edirdilər. Onun toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq olunurdu. Məsələn, məşhur loğman Böyük Karl güldəfnədən keçəlləşmə əleyhinə, Hindistanda isə Brahman tayfaları onun yarpaqlarından müxtəlif məqsədlərlə istifadə edirdilər. Şərq ölkələrində qadınlar bitkinin qovrulmuş toxumları vasitəsilə saçlarına gözəl forma verirdilər.
Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev AZƏRTAC-a deyib: "Məşhur alim Hippokrat bitkinin müalicəvi xassələrini yüksək qiymətləndirirdi. Qədim Misirdə doğuşu yüngülləşdirmək və laktasiyanı artırmaq üçün ondan istifadə edirdilər. Çində qarın ağrılarını sakitləşdirmək üçün tətbiq edilir. Son tədqiqatlar göstərib ki, bitki qanda şəkərin, xolesterinin miqdarını aşağı salaraq onu tənzimləyə bilir, eyni zamanda, qanı durulaşdırır, tərkibindəki bitki liflərinin miqdarına görə hətta ispanaq və kahını arxada qoyur. Ona görə də güldəfnəni səmərəli işlədicilərə aid etmək olar. Yüzilliklər boyu Misir və Hindistanda bitki "qadın dərmanı" hesab edilib. Bitki həm də qanda androgenlərin səviyyəsini də azaldır".
Bioloq onu da əlavə edib ki, həkimlərin qənaətinə əsasən hamiləlik zamanı və birinci tip şəkərli diabet xəstələrinin bu bitkidən istifadəsi əks göstərişdir. Qanı duru olanların da ondan istifadə etməsi məsləhət deyil.
Bitkinin məişətdə istifadə sahəsi haqqında bioloq deyib: "Güldəfnə hinduların sevimli bitkisidir və onlar qurudulmuş ot və toz halına salınmış bitkini "yaşıl pendirə" əlavə edir və həmin ədviyyə xörəklərə qovrulmuş fındıq dadı verir. ABŞ-da rom və digər içkilərin ətirləndirilməsi üçün ondan istifadə edilir. Hindistanda isə ondan qəhvənin surroqatını, təzə dərilmiş tər formasından isə salatlar hazırlayırlar".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 25 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər valyuta mezennesi valyuta mezennesi 2026 sou xeberler bugun