"Günahsız insanlarımızın ruhları Mehdiyev-Kərimli cütlüyünə qənim oldu

"Ramiz Mehdiyev - Əli Kərimli ittifaqının son 6 ildə dövlət çevrilişinə açıq cəhdləri 19 oktyabr 2019-cu ildə (Ramiz Mehdiyev işdən çıxarılmamışdan 4 gün öncə yəni) baş tutmayıb. 19 oktyabr 2019-cu ildə ölkə xaricindən idarə olunan küçə uşaqlarının təbliğatı ilə, ölkə daxilində AXCP-nin təşkilatçılığı ilə icazəsiz təxribat xarakterli mitinqə cəhd edildi. Burada məqsəd küçələrdə ixtişaşlar törətmək, bu yolla siyasi xaos və böhran yaratmaq, küçələrdə insanların kontrolsuzluğunu yaradaraq Ramiz Mehdiyevin hakimiyyətdaxili özünə sadiq qüvvələri ilə hakimiyyəti götürməsinə - AXCP və Milli Şura rəhbərliyi ilə Dövlət Şurası təsis etməsi ilə nəticələnəcəyinə hesablanmışdı".
Bu sözləri azxeber.com-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib. 
O qeyd edib ki, Əli Kərimli etirazçıları qızışdırmaq məqsədilə 14 ildən sonra ilk dəfə şəxsən özü də mitinqə qoşuldu:
"Əsas "savaş" olduğunu nəzərə alan Əli Kərimli etirazçıları qızışdırmaq məqsədilə 14 ildən sonra ilk dəfə şəxsən özü də mitinqə qoşuldu. Amma onun bu cəhdi alınmadı. Əksinə, Ramiz Mehdiyevin bu təxribatlarda bilavasitə iştirakı həmin aksiyadan 4 gün sonra onun Prezident Administrasiyasından AMEA-ya sürgünü ilə nəticələndi. Bu olanlardan dərs çıxarmayan Mehdiyev-Kərimli ittifaqı dayanmadı. Öz uğursuz cəhdlərini və ya siyasi hikkələrini "nə olursa, olsun təmin etməliyik" sevdasını daxillərində yaşatdılar. 2019-cu ilin bəhs etdiyim təxribat cəhdlərindən son yənə dayanmadılar".
Partiya sədri qeyd edib ki, daha sonra Ramiz Mehdiyev 2020-ci ilin 12-15 iyul aralığında xarici xüsusi xidmət orqanlarının yardımı ilə Tovuz istiqamətində Ermənistan hərbi şovinistlərinin təxribat törətməsinə nail oldu:
"Ardınca, Ramiz Mehdiyev 2020-ci ilin 12-15 iyul aralığında xarici xüsusi xidmət orqanlarının yardımı ilə Tovuz istiqamətində Ermənistan hərbi şovinistlərinin təxribat törətməsinə nail oldu. Bu təxribatların fonunda generalımız, polkovniklərimiz və neçə-neçə digər rütbələrdə və vəzifələrdə olan hərbçilərimiz şəhid oldu. Ramiz Mehdiyevin siyasi xaos strategiyasında bütün bu baş verənlərdən istifadə edərək ölkə daxilində süni formada ictimai-siyasi gərginlik yaratmaq işi Əli Kərimlinin üzərinə düşürdü. 2020-ci ilin 14 iyuldan 15-nə keçən gecə Əli Kərimli öz missiyasını tapşırığa əsasən yerinə yetirməyə cəhd etdi. Məhz Əli Kərimlinin tapşırığı əsasında küçələrə çıxaraq öz ordusuna dəstək verən böyük xalq kütləsi təxribatlara sürükləndi. Dövlətinə, Prezidentinə dəstək üçün toplanmış xalq kütləsinin daxilinə yeridilmiş Mehdiyevçi qruplar, eyni zamanda Əli Kərimliyə sadiq şəxslər siyasiləşməmiş saf, qəlbi vətəni üçün yanan xalq toplumunu təxribatlara çəkərək Parlament binasının tutulmasına və beləliklə də, ölkədə dövlət çevrilişinə nail olmağa cəhdlər etdi. Lakin heç şübhəsiz ki, xalqımızın ayıq-sayıqlığı və hüquq mühafizə orqanlarımızın operativliyi nəticəsində, bu cəhd də baş tutmadı". 
O bildirib ki, Mehdiyev-Kərimli ittifaqı anlamaq istəmədilər ki, xalq tərəfindən dəstəyi olmayanların hakimiyyətə gəlməsi mümkün deyil:
"Mehdiyev-Kərimli ittifaqı anlamaq istəmədilər ki, xalq tərəfindən dəstəyi olmayanların hakimiyyətə gəlməsi mümkünsüzdür. Xalq içində sosial bazası olmayan, xalq daxilində heç bir nüfuzu olmayan şəxslərin istənilən addımı xalq tərəfindən şübhəsiz ki, lənətlənmiş olacaqdır.
Mehdiyev-Kərimli siyasi ittifaqı, onların siyasi hakimiyyət hikkəsi, hakimiyyətə gəlmək üçün yüzləri, minləri qurban vermək istəkləri və bu istəklərin fonunda təyyarə qəzası nəticəsində, həyatını itirmiş onlarla soydaşımızın qanı bahasına yenə də nələrəsə cəhdlər etmək istəkləri növbəti dəfə iflasa uğradı. Bu dəfə onları təkcə xalqımız lənətləmədi. Bu dəfə həlak olmuş günahsız insanlarımızın ruhları da onlara qənim oldu. Artıq hər bir məsələ ortadadır. Xalqımız çox şeyi görür və bilir. Mühakimə zamanı yetişib. İndi qanun və xalq qarşısında hesabat vaxtıdır. Necə deyərlər, heç kəs yaşatdığını yaşamadan bu həyatdan köçməz".
Şahanə Ziyad

Siyasi       Tarix: 30 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 son xəbərlər azərbaycanda cebheden xeber zelzele