Günəbaxan tumu kökəldirmi? - MÜTLƏQ OXUYUN!

Günəbaxan tumu kökəldirmi? - MÜTLƏQ OXUYUN!Günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi?
Bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda, bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?
Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.
Milli.Az bildirir ki, bir çox diyetlər var ki, onların tərkibinə günəbaxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir - 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.
Təbii ki, günəbaxan tumu artıq çəki yaradır . Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari xankendi cəbhədən son görüntülər xeber