Günəş və külək enerjisi istehsalı dörd dəfə artırılacaq - Danimarkada
Danimarka günəş və külək enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, Skandinaviya krallığı hökumətinin yeni layihəsi 2050-ci ilə qədər qalıq yanacaqların istifadəsini mərhələli şəkildə dayandırmaq planlarının bir hissəsidir.
Layihəni təqdim edən Danimarkanın baş naziri Mette Frederiksenin sözlərinə görə, hökumətin planları bərpa olunan enerji mənbələrindən maksimum istifadə etməkdir. O, hökumətin daha çox günəş stansiyaları, elektrik enerjisi yaradan adalar və dəniz külək turbinləri tikmək olduğunu, bu sahədə ölkənin potensial və səriştəsini artırmaq istəyini qeyd edərək, vurğulanan növ alternativ enerji stansiya sayının 2030-cu ilə qədər dörd dəfə artırılacağını bildirib.
Digər məsələlərlə yanaşı, layihədə bütün Danimarka ev təsərrüfatlarının tədricən mərkəzi istiliklə təmin edilməsi də daxildir. Belə ki, cari onilliyin sonuna qədər isitmə üçün qazdan istifadə edən evlərin 50 faizə qədərinin mərkəzi istilik sisteminə keçidi təmin olunmalıdır.
Həmçinin Danimarkada yaxın gələcəkdə Rusiyanın enerji təchizatından imtina etmək planları da açıqlanıb.
AZƏRTAC
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı