Güney Azərbaycan əyalətində əhali etiraza qalxıb
Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində yerli əhali martın 26-da bu ərazidə yerləşən qızıl mədəninin İran hökuməti tərəfindən talan edilməsinə, yoxsulluq vəziyyətinə və işsizliyə görə etiraz aksiyası keçirib.
KONKRET.az xəbər verir ki, 12 saat davam edən oturaq aksiyanın dağıdılması üçün polis qüvvələri göndərilib. Bildirilib ki, etiraz yerli məmurların aksiya keçirilən yerə gəlməsi və kəndlilərin öz tələblərini açıqlmasından sonra oturaq etiraz aksiyasına son verilib.
Qeyd olunub ki, Qərbi Azərbaycan əyalətinin Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Orta Şərqin ən böyük mədənləri sayılır. Bu günə kimi qanunsuz istismar və zəhərli tullantıların təbiətə atılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi