Gürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTO

Gürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTOGürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTO
Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərim məni dəhşətə gətirdi. Burada müharibənin izlərindən başqa heç nə yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə gürcü telejurnalist, "Tv Pirveli" telekanalının müxbiri Miranda Baqaturiyanın Ağdamdan hazırladığı reportajda məlumat verilib.
Telejurnalist bildirib ki, 1990-cı illərə qədər Ağdamda əsasən azərbaycanlılar yaşayıb. Lakin elə həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi işğal olunduqdan sonra Ağdam rayonunda da heç kim qalmayıb. Yurd-yuvalarından didərgin düşmüş insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İndi onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Ağdama hərbiçilərin və yeri polis əməkdaşlarının nəzarəti altında getdiklərini söyləyən telejurnalist deyib ki, erməni işğalından azad olunmuş ərazilərdə işğalçılar minlərlə mina basdırıblar. Ona görə də həmin ərazilərdə sərbəst gəzmək və istədiyin yerə getmək çox təhlükəlidir. Burada ümumiyyətlə dağıdılmış evlərdən başqa heç nə yoxdur. Yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri yeraltı sığınacaq və istehkamlar var. İşğalçılar dini, tarixi, mədəni abidləri də dağıdıblar. Ermənilər Ağdamdakı Ağdaban məscidini silah-sursat anbarına çeviriblər. Məscidin yaxınlığındakı mədəniyyət mərkəzindən isə tövlə kimi istifadə olunub.
M.Baqaturiya bütün əzab-əziyyətlərə sinə gərərək evini tərk etməyən, cəbhənin lap yaxınlığında yaşayan, hər gün atəş və bomba səsləri altında ölümlə üz-üzə gələn yerli sakindən - 75 yaşlı Nuri nənədən müsahibə də alıb. Nuri nənənin müharibənin ağrı-acısı, erməni vəhşilikləri barədə söylədikləri də gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.
Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın müsahibəsi də yer alıb.
G.Marxuliya erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Gürcü jurnalist Qubadlı rayonunda gördüklərini də tamaşaçılara təqdim edərək deyib: "Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra - 2020-ci ilin noyabrında erməni əhali bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Buradakı evlərin çoxu yandırılıb, yararsız hala salınıb. Təbiət məhv edilib. Gördüklərim məni dəhşətə gətirdi".
Gürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTOGürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTOGürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTOGürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTOGürcü telejurnalist: "Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib" - FOTO

Sosial       Tarix: 04 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil


azerbaycan xeberleri yeni xeberler son xeberler en yeni xeberler krimnal xeber kriminal xeber beynelxalq bank mezenne