Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edildi
Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə olunur.
azxeber.com xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, "Astara" gömrük postunda 254, "Biləsuvar" gömrük postunda 90, "Qırmızı Körpü" gömrük postunda 1000, "Mazımqara" gömrük postunda 50, "Samur" gömrük postunda 56 və "Xanoba" gömrük postunda 13 yük maşını var.
Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri "Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.
Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı "Yuxarı Lars" gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR