Gürcüstan beynəlxalq uçuşları bərpa edir - BU TARİXDƏN
Gürcüstan beynəlxalq müntəzəm uçuşlara qoyulan məhdudiyyətləri tamamilə ləğv edəcək.
Publika.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Natia Turnava bu gün keçirdiyi brifinqdə deyib.
Bildirilib ki, 1 fevral 2021-ci ildən etibarən müntəzəm uçuşlara icazə veriləcək: "Bu o deməkdir ki, Gürcüstanda fəaliyyət göstərən və ya fəaliyyətini davam etdirən bütün aviaşirkətlər, yaxud Gürcüstana daxil olmaq arzusunu bildirən yeni şirkətlər müntəzəm uçuşları planlaşdıra və müəyyən tezliklə həyata keçirə biləcəklər".
Eyni zamanda, nazir uçuşların bütün tibbi protokollara və təhlükəsizlik tədbirlərinə uyğun olaraq həyata keçiriləcəyini qeyd edib: "Dünyadakı bir çox hava yolu şirkəti bunu edir. Buna əsasən, burada əlavə təhlükənin olmayacağına inanırıq".
O, məhdudiyyətlərin ləğvinin aviasiya bazarının sürətlə bərpası demək olmadığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə, ölkəyə koronavirus əleyhinə peyvəndin başladığı daha təhlükəsiz ölkələrdən girişə icazə veriləcək.
31 yanvar 2021-ci ilə qədər qüvvədə olacaq qaydalara əsasən, müntəzəm uçuşlara qoyulan məhdudiyyət Tbilisi Beynəlxalq Hava Limanını Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan hava limanları ilə əlaqələndirən birbaşa beynəlxalq uçuşlara şamil edilmir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Cəlilabadda hadisə: Yük maşınının altında…
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya