Gürcüstan: Cənubi Qafqazda təhlükəsizliyin inkişafı üçün xüsusi addım atılıb
Baş nazir İrakli Qaribaşvilinin fəal iştirakı ilə Azərbaycan tərəfi 15 ermənini Gürcüstan vasitəsilə Ermənistana təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bununla Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühitinin inkişafı üçün xüsusi addım atılıb.
Məlumata əsasən, hökumət başçısı şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daimi təmasda olub:
"Bu fakt Gürcüstanın yaxın qonşuları arasındakı münasibətlərdə gərginliyin daha da azalmasına əhəmiyyətli təkan verəcək. Gürcüstan bölgədə sülh, sabitlik və əməkdaşlıq atmosferinin yaradılmasına mühüm əhəmiyyət verir. Gürcüstan regional əməkdaşlığın inkişafı üzrə beynəlxalq ictimaiyyətin səylərinə öz töhfəsini verməyə hazırlığı barədə dəfələrlə bəyan edib", - məlumatda deyilir.
Vurğulanıb ki, bu gün qonşu ölkələr arasında mürəkkəb məsələlərin həllində irəli atılmış addım olacaq: "Gürcüstan zərurət yaranacağı təqdirdə, gələcəkdə də proseslərdə, ilk növbədə, humanitar məsələlərin həllində tərəfdaşlarına maksimum kömək göstərməyə hazırdır".

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər