Gürcüstan Prezidentinin 9 ölkəyə səfərinə icazə verilmədi
Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.
KONKRET.az "Qruziya Online" portalına istinadən xəbər verir ki, Gürcüstan Prezidentinin Administrasiyası Zurabişvilinin rəsmi səfərlərinin təsdiqi ilə bağlı hökumətə müraciət edib.
Prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.
Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.//Qafqazinfo
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ