Gürcüstanda 200-ə yaxın məhbus zəhərləndi
Gürcüstanın Kutaisi şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların kütləvi zəhərlənməsi baş verib.
KONKRET.az "Georgia Online" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təsdiqləyib.
"Bu il avqustun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində məhkumların sağlamlıq şikayətləri enterovirus infeksiyasının əlamətlərinə uyğundur", – deyə idarədən bildirilib.
Fəsadların qarşısını almaq üçün bəzi məhbuslar mülki klinikalara köçürülüb. Həkimlər onların vəziyyətini stabil və qənaətbəxş kimi qiymətləndiriblər. Məhkumlar müvafiq tibbi yardım göstərildikdən və araşdırmalar aparıldıqdan sonra həbsxanaya qaytarılacaq.
Vəkil Sofa Bondarenkonun sözlərinə görə, 200-ə qədər insan zəhərlənib. Həkimlər vəkillərə bildiriblər ki, xəstəliyin səbəbi bağırsaq infeksiyasıdır.
Vəkil Dali Sulakvelidze "Mtavari"yə müsahibəsində "Mən bildiyimə görə, buna qida səbəb olub" deyib.
Natiq Səlim,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi