Gürcüstanda aşkar olunan koronavirusun Azərbaycandan gətirilmədiyi təsdiqləndi
Gürcüstanda aşkar olunan koronavirusun Azərbaycandan gətirilmədiyi təsdiqləndi
Mart ayının 23-dən etibarən Gürcüstan hökuməti Marneuli və Bolnisidə karantin rejimi tətbiq edib. Qərar koronavirusa yoluxmuş Marneuli sakini bir qadının ağır vəziyyətdə Tbilisiyə çatdırılmasından sonra verilib.
Mütəxəssislər yoluxmanın Azərbaycandan gələn qonaqlar da daxil olmaqla, bir neçə yüz adamın qatıldığı yas mərasimində baş verdiyini düşünür.
Məsələ ilə bağlı Oxu.Az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, virusun Azərbaycandan gələn qonaqların birindən keçməsi ehtimalı təsdiqini tapmayıb:
"Koronavirusa yoluxmuş şəxs əslən azərbaycanlı olan Gürcüstan vətəndaşıdır. Bir müddət əvvəl həmin ailənin Azərbaycandan qonaq qəbul etməsi barədə məlumat yayıldı. İddia edilirdi ki, yoluxma məhz Azərbaycandan gələn şəxs vasitəsilə baş verib. Lakin müvafiq analizlər Azərbaycandan gələn şəxsdə koronavirus olmadığını sübut etdi.
Yoluxma ölkə daxilində baş vermişdi. Virus aşkarlandığı üçün qadın və təmasda olduğu ailə üzvləri, eləcə də, Azərbaycandan gələn bacısı nəzarətə götürülüb".
Könül Cəfərli

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb