Gürcüstanda radikal erməni qrupu azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası başladıb
Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrup ölkənin ictimai kanalının etnik azərbaycanlı əməkdaşına qarşı sosial mediada qarayaxma kampaniyası başladıb.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı radikal qrup Gürcüstanın Birinci kanalının departament rəhbəri Ramilə Əliyevaya qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasını gücləndirib. Qrup Ramilə Əliyevanın məhz azərbaycanlı olmasına görə ermənilərin də çalışdığı departamentə rəhbərlik etməməli olduğunu bildirir və istefa verməsini tələb edir.
Məsələyə reaksiya verən Ramilə Əliyeva "Facebook" hesabında böhtan və qarayaxma kampaniyasına rəğmən istefa verməyəcəyini, Gürcüstanda ermənilərlə azərbaycanlıların dinc yaşayışından narahat olan bu qrupun məqsədinə çatmasına imkan verməyəcəyini və fəaliyyətini davam etdirəcəyini bəyan edib. Ramilə Əliyeva Gürcüstanın etnik azərbaycanlı, müsəlman vətəndaşı olduğunu və hər zaman da belə qalacağını vurğulayıb. O, ölkənin təhlükəsizlik orqanlarını Gürcüstanda etnik terror törədən bu qrupla bağlı tədbir görməyə çağırıb.
Gürcüstanın ictimai kanalı Ramilə Əliyevanın bəyanatını öz saytında dərc edib.
Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə reaksiya verib.
"Xanım Ramilə Əliyeva! Siz yalnız deyilsiniz. Biz sizinləyik! Biz sizi dəstəkləyirik", - səfirliyin bəyanatında bildirilib.
Gürcüstandakı azərbaycanlı icmasının fəalları da Ramilə Əliyevaya dəstək ifadə ediblər.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı qrup tez-tez Tbilisidə Azərbaycan ərazisində separatizmi dəstəkləyən aksiyalar təşkil edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"