Gürcüstanın Baş naziri: "Azərbaycanla əla münasibətlərimiz var
"Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib.
O, üç qonşu ölkə - Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib.
Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub: "Bizim uğurlu siyasətimiz nəticəsində azərbaycanlı və erməni qardaşlarımız arasında razılaşma əldə olundu. Bu, uğurlu presedenti üç qonşu ölkə yaratdı".
İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin əsas təşəbbüskarlarından biri olmalıdır: "Bu, gələcək inkişaf üçün möhkəm təməl ola bilər. Dost və qonşu ölkələrə təklif etdiyimiz platforma inkişaf etdirilməli və biz bu istiqamətdə daha da fəal olmalıyıq".
///Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı